Əsas Səhifə > Dünya > ABŞ Konqresi Ukraynaya 13,6 milyard dollarlıq yardımı təsdiqləyib
ABŞ Konqresi Ukraynaya 13,6 milyard dollarlıq yardımı təsdiqləyib10-03-2022, 08:54 |
ABŞ Konqresinin Nümayəndələr Palatası dünən Ukraynaya 13,6 milyard dollar yardımı təsdiqləyib. DİA.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Nəşr qeyd edib ki, qərar dərhal qəbul edilib. Çünki qanunvericilər Rusiyanın hücumu fonunda Ukraynaya dəstək nümayiş etdirməyə çalışırlar. “Reuters” isə bildirib ki, Ukraynaya yardım Rusiya qoşunlarına qarşı mübarizədə Silahlı Qüvvələrin dəstəklənməsi və vətəndaşlara, o cümlədən təxminən 1,5 milyon nəfər qaçqına humanitar yardımın göstərilməsi üçün nəzərdə tutulub. Geri qayıt |