Əsas Səhifə > Dünya > Böyük İpək Yolu uğrunda böyük savaş
Böyük İpək Yolu uğrunda böyük savaş11-03-2022, 08:35 |
Müharibə başlayandan bəri Putin tez-tez bir qüvvənin adını çəkir: "anqlosaksonlar". Bəs, sözügedən güc kimdir və məqsədi nədir? Bəzi mütəxəssislər deyirlər ki, Putinin bəhs etdiyi qüvvə əsasən İngiltərə, ABŞ və Almaniya nəsillərindən ibarətdir. Bu adamlar hesab edirlər ki, dünyanın mövcud düzəni artıq köhnəlib və onu dəyişib yeni idarəetmə sistemi yaratmaq lazımdır. Həmin düzənin yaradılma prosesi, Çinin son 30 illik görünməmiş iqtisadi-siyasi-hərbi inkişafı ilə başladı. Sözügedən sıçrayışın Çinin daxili potensialı hesabına yaranmadığını çox adam dərk edir. Bu inkişafı təmin edən başlıca amillərdən biri, SSRİ dağılandan sonra Çinin vacib dövlət strukturlarına "anqlosaksonlar"ın təyin etdirdikləri və əsasən yəhudi mütəxəssislərdən ibarət məsləhətçilərin əməyidir. İnkişafın maliyyə təminatını isə dünya maliyyəsinin mərkəzi olan “City of London” (müasir Londonun içində bizim “İçəri Şəhər” kimi bir şəhər – hansı ki, ən böyük maliyyə təşkilatlarının baş ofisləri burada yerləşir) həyata keçirdi. İndi artıq Çin lazımi inkişaf səviyyəsinə çatdırılıb, dünya istehsalının əhəmiyyətli hissəsi bu ölkədə cəmləşdirilib (yadınıza salın, “Apple”dan tutmuş dünyanın bütün böyük brendlərinin bu ölkədə zavodları var). Növbəti vəzifə, istehsal edilən bu malları maneəsiz və operativ olaraq bazarlara çatdırmaqdır. Çinlilərin “One belt, one road” dedikləri, yəni köhnə İpək Yolunun bərpası və canlandırılması bu vəzifənin yerinə yetirilməsinin əsas həlqələrindən birini təşkil edir. İpək Yolu ilə “malların maneəsiz və operativ olaraq bazarlara çatdırılması”nı təmin etmək üçün bu yolun keçdiyi ölkələrin hakimiyyətləri "anqlosaksonlar"ın adamları olmalıdır. Yəni onların əmrlərinə daim “baş üstə” deməlidir. Deməyənlər isə “təmizlənməlidir”. Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhdlə başladı bu “təmizləmə”. Çox güclü milliyyətçi olan Ərdoğan yeni İpək Yolunun üstündə bu qüvvəyə mane olan liderlərdəndir. O vaxt çevriliş cəhdi baş tutmadı və Baydenin dediyi kimi, “Ərdoğanı devirmək lazımdır, amma seçki qutusu başında” - başqa sözlə, 2023-cü il seçkilərində. Son günlərdə qardaş ölkədə 6 müxalifət partiyası liderinin “dəyirmi masa” görüşü bu planın başlanğıcıdır. "Anqlosaksonlar"ın babaları Kral Artur da öz iclaslarını “dəyirmi masa”da aparırdı. Sonralar bu “dəyirmi masa” məsələsi məşhurlaşaraq ədəbiyyat və incəsənət əsərlərində geniş mövzulara çevrildi. İpək Yolunun Avropaya qədər uzanan hissəsində yerləşən dövlətlərin demək olar ki, hamısı Rusiyanın təsir dairəsindədir. Bu güzargahı da “təmizləmək”, yolun təhlükəsizliyi adına vacibdir. Yanvar ayında Qazaxıstanda baş verən hadisələr həmin “təmizləmə” üçün bir növ test idi: görsünlər Rusiya nə təpki verəcək. Rusiya isə operativ şəkildə Qazaxıstana qoşun yeridib ona “ləbbeyk” deyən sadiq Tokayevi qorudu. Nəticədə, İpək Yolunu Rusiyadan qorumaq üçün başqa variant qalmadığından, bu ölkənin özünü zərərsizləşdirmək qərara alındı ...və Ukrayna - Rusiya müharibəsi başladıldı. Bu müharibənin inkişafı, məncə, üç variantda ola bilər: Rusiyanın qalib gəlməsi; Qərbin ("anqlosaksonlar"ın) qalib gəlməsi; Rusiyanı Ukrayna “bataqlığı”nda ilişdirərək müharibənin uzun müddət davam etdirilməsi. Qısa nəticə 1-ci variantda (Rusiyanın qalib gəlməsi) Qərb ("anqlosaksonlar") yeni planlar hazırlamağa başlayacaq; 2-ci variantda (Qərbin qalib gəlməsi) onlar İpək Yolu üstündəki digər ölkələrin hakimiyyətlərinin “təmizlənməsi” prosesinə əl atacaqlar; 3-cü variantda (Rusiyanı Ukrayna “bataqlığı”nda ilişdirərək müharibənin uzun müddət davam etdirilməsi) isə Qərb ("anqlosaksonlar") həm İpək Yolu üstündəki digər ölkələrin hakimiyyətlərinin “təmizlənməsi”nə, həm də Rusiyanı daha dərindən “zərərsizləşdirməyə” – onu kiçik dövlətlərə parçalamağa start verəcək. Telman Məmmədov, AYNA Geri qayıt |