Əsas Səhifə > Dünya > Bayden və Aİ liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edəcəklər

Bayden və Aİ liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edəcəklər


24-03-2022, 08:17
Bayden və Aİ liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edəcəklər
Bu gün Brüsseldə keçiriləcək G7 və Avropa İttifaqı (Aİ) sammitlərinə hazırlıq prosesində məqsəd Ukraynadakı hadisələrlə, o cümlədən Rusiyaya qarşı sanksiyalarla bağlı birlik və həmrəyliyi təsdiqləməkdir. DİA.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Avropanın yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib.

"Münaqişə başlayandan bu günə kimi ilk dəfə olaraq bu səviyyədə Aİ-ABŞ görüşü baş tutacaq. Aydındır ki, son hadisələri nəzərə alsaq, daha da irəli getmək imkanları (sanksiyaların gücləndirilməsində - red) var. Bunu mühakimə etmək liderlərin (zirvə iştirakçılarının - red) işidir. Onlar bu barədə danışacaqlar, sonra daha da irəli gedib-getməməyə qərar verəcəklər", - məmur deyib.

Onun sözlərinə görə, Ukrayna böhranı və ona beynəlxalq reaksiya Baydenin qatılacağı 24 mart sammitinin ilk gününün “menyunun əsas kursu” olacaq. Müzakirələrdə bu mövzunun müxtəlif ölçülərinə toxunacaq. Söhbət Ukraynaya yardımdan, münaqişənin beynəlxalq aspektindən, Rusiyaya təzyiqdən gedir.

"Bu, bizim üçün çox vacibdir, çünki birlik sanksiyalar (Rusiyaya qarşı), həm də Ukraynaya göstərilən yardım baxımından əsas oyunçu mövqeyindədir", - Aİ rəsmisi izah edib.

O qeyd edib ki, Aİ təzyiq baxımından çox fəal olub, bir sıra tərəfdaşlara qarşı beynəlxalq demarşlar həyata keçirib. "Biz ümumi səylərimizə dəstək qazanmaq üçün BMT-də, həm də üçüncü ölkələrə münasibətdə demarşlarımızı çoxaltmışıq", - yüksək səviyyəli məmur əlavə edib. Məmurun sözlərinə görə, bu üç tədbir Baydenlə müzakirə olunacaq.

İclas iştirakçıları Avropa Parlamentinin sədri ilə fikir mübadiləsi zamanı Ukrayna mövzusunu qaldıracaq, daha sonra nəticələr qəbul edilməzdən əvvəl Aİ-nin 27 ölkəsinin dövlət və hökumət başçıları tərəfindən müzakirə olunacaq.

Geri qayıt