Əsas Səhifə > Dünya > Aİ ukraynalı qaçqınlar üçün 10 bəndlik plan razılaşdırıb

Aİ ukraynalı qaçqınlar üçün 10 bəndlik plan razılaşdırıb


29-03-2022, 08:21
Aİ ukraynalı qaçqınlar üçün 10 bəndlik plan razılaşdırıb
Avropa İttifaqı Şurası ukraynalı qaçqınlar, eləcə də onların əsas hissəsini qəbul edən ittifaq ölkələri üçün 10 bəndlik dəstək planını yekdilliklə qəbul edib.
DİA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ və Şengen zonası ölkələrinin daxili işlər nazirlərinin fövqəladə iclasından sonra Fransanın daxili işlər naziri Gerald Darmanin və Avropanın daxili işlər üzrə komissarı Ylva Yohansson bildiriblər.
Martın 28-də Brüsseldə keçirilən görüşdə Ukraynanın daxili işlər naziri Denis Monastırski videobağlantı vasitəsilə iştirak edib.
“Bu plan müvəqqəti sığınacaq üçün gələn və müraciət edənlərin hamısının qeydiyyatı üçün Aİ platformasının yaradılmasını nəzərdə tutur", - deyə Yohansson təsdiq edilmiş planın birinci bəndini izah edib.
Bu qeydiyyat yalnız Avropa İttifaqının hər bir ölkəsi daxilində məlumat mübadiləsi olmadan həyata keçirilir.
Ayrı bir bənd uşaqların, o cümlədən Avropa İttifaqının ərazisinə böyüklər olmadan gələnlərin qəbuluna aiddir. Həmçinin, Aİ Şurası təhlükəsizlik təhdidlərinin qarşısını almaq üçün cinayətkarlıqla mübarizə üçün xüsusi platformanın işə salınmasına qərar verib.
Avropa komissarının sözlərinə görə, Ukraynadan Aİ-yə gələn qaçqınların sayı getdikcə azalır. Əgər pik günlərdə Rusiya ilə Ukrayna arasındakı müharibə səbəbindən 200 mindən çox insan gəlirdisə, indi bu rəqəm 40 minə düşüb.
Yohansson bildirib ki, ümumilikdə Avropa İttifaqına 3,8 milyon ukraynalı qaçqın gəlib ki, onların da yarısı uşaqlardır.
Avropa komissarı həmçinin hesab edir ki, müharibə zamanı Polşaya gələn ukraynalıların Aİ-nin digər ölkələrinə köçməsi üçün stimul yaradılmalıdır.

Geri qayıt