Əsas Səhifə > Dünya > "Ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur"
"Ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur"2-04-2022, 07:41 |
Ukraynada müharibənin bitmə vaxtını proqnozlaşdırmaq çətindir və bu, “dərin, ağrılı məsələdir”, lakin xalq qələbədən başqa heç bir başqa nəticəni qəbul etməyəcək. DİA.AZ “Report”a istinadla xəbər verir ki, bunları ”Fox News”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Aparıcının prezidentin sülh sazişinin imzalanması naminə Rusiyaya ərazi güzəştlərinə hazır olub-olmaması ilə bağlı sualını cavablandıran Zelenski bunun baş verməyəcəyini deyib. "Biz ərazimizlə alış-veriş etmirik. Ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur", - Prezident vurğulayıb. Zelenski deyib ki, Ukrayna dünyanın aparıcı ölkələrindən dövlətin təhlükəsizliyinin müqavilə ilə qorunacağına dair öhdəliklər gözləyir. O, həmçinin Ukraynanın NATO-ya faydalı əlavə olacağına dair əminliyini təsdiqləyib. "NATO haqqında danışmaq bizim üçün çətindir, çünki NATO bizi qəbul etmək istəmir. Məncə, bu səhvdir, çünki NATO-ya daxil olsaq, alyansı daha da gücləndirəcəyik. Zəif dövlət deyilik. NATO hesabına gücləndirməyi təklif etmirik. Biz əlavəyik, biz lokomotivik”, - dövlət başçısı bildirib. Zelenski əlavə edib ki, ABŞ Prezidenti Co Baydenlə söhbətində Amerika liderinə bildirib ki, o, Birləşmiş Ştatların Rusiya ilə yenidən müharibə ehtimalını aradan qaldırmaq üçün Ukraynaya uzunmüddətli dəstək verəcək təhlükəsizlik zəmanəti müqaviləsinə daxil olmasını istəyir. Amerikalı həmkarı ABŞ-ın bu təklifi nəzərdən keçirdiyini söyləyib. "Sadəcə bizə raketlər verin, təyyarələr verin, bizə F-18, F-19 və ya hər hansı bir şey verə bilməzsiniz, köhnə sovet təyyarələrini verin. Vəssalam. Onları mənə verin. Mənə ölkəmi müdafiə etmək üçün bir şey verin", - Zelenski əlavə edib. Geri qayıt |