Əsas Səhifə > Dünya > “Aİ Ukraynanın bərpası üçün bütün səylərini göstərəcək”
“Aİ Ukraynanın bərpası üçün bütün səylərini göstərəcək”2-04-2022, 09:00 |
Avropa İttifaqı təcavüzkardan sarsıdıcı zərbələr alan Ukraynanın şəhər və kəndlərinin bərpası üçün bütün səylərini göstərəcək. DİA.AZ “Report”a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola bildirib. Roberta Metsola bildirib ki, Rusiyanın Ukraynaya, onun azadlığına və ərazisinə təcavüzü “bütün Avropaya təcavüz, dünyaya və dünyada mövcud olan nizama hücum” kimi tanınacaq. Onun sözlərinə görə, Ukrayna artıq maliyyə, humanitar və hərbi yardım alır və almağa davam edəcək. Avropalı tərəfdaşlar da Ukraynanı tərk etməli olan qaçqınlara kömək göstərməyə davam edəcəklər. "Onlar həqiqətən öz vətənlərinə qayıdana qədər bizimlə evdə olacaqlar", - Metsola vurğulayıb. “Avropa Parlamenti ailəsini təşkil edən bütün Avropa xalqları adından demək istəyirəm ki, biz Ukrayna xalqının cəsarətindən, Ukrayna ordusunun cəsarətindən, sizin mətanətinizdən heyrətlənirik, heyran oluruq, ruhlanırıq. Ukrayna xalqının şücaəti və Ukrayna parlamentinin hərəkətləri sayəsində parlament demokratiyası Avropada ikinci nəfəs aldı. Avropa Parlamentində təmsil olunan bütün ölkələr bu mübarizədə sizinlə çiyin-çiyinə gedəcək”, - Metsola bildirib. "Ukrayna bizim Avropa ailəmizin bir hissəsidir, çünki siz bizim üçün, Avropa qitəsinin uzun əsrlər boyu müdafiə etdiyi fundamental prinsiplər uğrunda mübarizə aparırsınız. Mən də əmin olmaq istərdim ki, bu müharibədə qalib gəlmək üçün lazım olan hər şeyiniz var. Çünki əgər siz qazansanız, bütün dünya qazanacaq”, - o əlavə edib. Geri qayıt |