Əsas Səhifə > Dünya > Rusiyanın rəsmi orqanında sensasion çağırış:

Rusiyanın rəsmi orqanında sensasion çağırış:


7-04-2022, 16:24
Rusiyanın rəsmi orqanında sensasion çağırış:
Bütün dünya Ukraynanın Buça şəhərindən olan dəhşətli görüntüləri müzakirə edir. Aparıcı dünya mediası rus qoşunlarının Ukrayna vətəndaşlarını qəsdən və kütləvi şəkildə qətlə yetirməsinin bir çox nümunələrini ətraflı təsvir edir. Ən pisi odur ki, bu dəhşətli cinayətdə bilavasitə iştirak edənlər belə, öz əməlləri ilə lovğalanmaqdan çəkinmirlər.

Məsələn, internetdə Buçada dinc sakinləri qətlə yetirənlərin əməllərini tərifləyən, 20 yaşlı Mixail Tkaçın səhifəsi tapılıb. O, onu qınayan şərhlərə cavab olaraq, Ukraynaya qayıdacağını və ağır cinayətlər törətməkdə davam edəcəyini bəyan edib.

Bu barədə öz “Facebook” səhifəsində “Slidstvo.info” proqramının jurnalisti Dmitri Replyançuk məlumat verib. Qeyd edib ki, Vladivostokdan gələn rus əsgəri “NATO və Amerikanın qondarma təhdidlərinə qarşı mübarizə aparır” və buna ürəkdən inanır.

"Bu, Putin və ya Şoyqunun yazısı deyil. Bunu ölkəmizdən doqquz min kilometr aralıda, lənətə gəlmiş Vladivostokda məktəbi təzəcə bitirmiş 20 yaşlı sakin Mixail yazıb. Əgər soruşsanız ki, niyə bizi məhv etmək istəyir, özü belə cavab verib: “Hökumətiniz NATO-ya qoşulmasın, sizin melodiyası ilə rəqs etdiyiniz Amerika olmasın”. Problem onun başındadır, o, buna səmimi inanır. Onları bağışlamaq olmaz - nə 20 yaşlı Mixaili, nə də onun həmvətənlərini”, - deyə Replyançuk yazıb.

Müharibə cinayətlərinə görə Mixail Tkaçın adı “Mirotvorets” veb-saytının məlumat bazasına daxil edildi. Profildə deyilir ki, işğalçı dinc əhaliyə qarşı hərbi əməliyyatlar keçirməklə Ukrayna xalqının soyqırımında iştirak edir, amma peşman deyil. Rus işğalçısının qınaqdolu şərhlərə cavab olaraq göndərdiyi mesajlar bunlardır: “Sizə yenidən baş çəkən kimi başınızı kəsəcəyəm; Sən də başa düşürsən ki, mən sənin torpağındayam, mən səni öldürürəm, ancaq sən, ukrop, üfunətli gəzən cəsədsən”.

Onun ukraynalılara münasibəti təəccüblüdürmü? Şübhəsiz ki, yox. Şübhə edənlər üçün Timofey Sergeytsevin aprelin 3-də “RİA Novosti” agentliyinin saytında dərc olunmuş məqaləsini oxumağı təklif edirəm. Bu yazı “Rusiya Ukrayna ilə nə etməlidir” adlanır. Bu mətndən bəzi fraqmentləri təqdim edirik:

“Nasistlərin, banderaçıların Ukraynası, Rusiyanın düşməni və Qərbin Rusiyanı məhv etmək aləti bizə lazım deyil. Bu gün denasifikasiya məsələsi praktiki müstəviyə keçib. Xalqın əhəmiyyətli bir hissəsi - çox güman ki, əksəriyyəti - nasist rejiminin siyasətinə cəlb edildiyi zaman denasifikasiya zəruridir. Yəni indiki halda “xalq yaxşıdır – hakimiyyət pisdir” fərziyyəsi işə yaramır”.

Təkcə bu mətnin hər sətrinin püskürdüyü açıq faşizm, heyvani qəddarlıq başınızı tutmaq üçün kifayətdir. Əslində, Ukrayna haqqında açıq yalanı təkrarlayan Sergeytsev Ukrayna dövlətinin məhv edilməsini təklif edir. Tam olaraq məhvini! Torpaqlarını qoruyaraq silaha sarılmaq məcburiyyətində qalan sadə ukraynalılarla birlikdə. İnanmırsınız? Sözügedən yazıdan daha bir nümunə, oxuyun:

“Silah götürən nasistlər döyüş meydanında maksimum dərəcədə məhv edilməlidir. Ukrayna Silahlı Qüvvələri ilə qondarma milli batalyonlar, eləcə də bu iki hərbi növə qoşulan ərazi müdafiəsi birləşmələri arasında ciddi fərqlər olmamalıdır. Bundan əlavə, kütlənin əhəmiyyətli bir hissəsi də günahkardır, onlar nasizmin ortağı olan passiv nasistlərdir. Onlar nasist hökumətini dəstəkləyib, ona rəvac veriblər”.

Yəni, müəllif hesab edir ki, prezident seçkilərində Volodimir Zelenskiyə səs verən bütün ukraynalılar məhv edilməlidir ki, bu da ölkə vətəndaşlarının 70%-dən çoxunu təşkil edir. Rus işğalçılarının tərəfinə keçməyən ukraynalılar öz ölkələrində, öz torpaqlarında yaşamaq hüququ uğrunda mübarizə aparırlar.

Yeri gəlmişkən, ölkənin adı haqqında yazan Sergeytsev Ukraynanın bu ad altında mövcudluğunu davam etdirmək haqqını rədd edir:

““Ukrayna” adı, görünür, nasist rejimindən azad edilmiş ərazidə tamamilə denasifikasiya olunmuş hər hansı dövlət qurumunun adı kimi saxlanıla bilməz... Denasifikasiya istər-istəməz de-ukrainifikasiya olacaq. Bu, Sovet hakimiyyətinin tarixi Malorossiya və Novorossiya ərazilərində yaşayan əhali tərəfindən başlayan böyükmiqyaslı süni şişirdilmənin - etnik komponent əsasında özünüidentifikasiyanın rədd edilməsidir”.

Bunu mətbəxdə içki yoldaşına cəfəngiyyat danışan sərxoş Vanya demir. Bu, Rusiya dövlətinin maliyyələşdirdiyi internet saytında rusiyalı jurnalistin məqaləsinin mətnindəndir. Deyilənləri nəzrər alsaq, indi keçək bəzi sadə suallara:

Rusların böyük əksəriyyətinin Ukraynaya qarşı müharibəni dəstəkləməsi təəccüblüdürmü? Rus qoşunlarının Buçada göstərdiyi sarsıdıcı qəddarlıq təəccüblüdürmü? Bu qorxulu cinayətin iştirakçılarından biri, 20 yaşlı Mixail Tkaçın çıxışları təəccüblüdürmü? Düşünürəm ki, bunlar artıq ritorik suallardır.

Geri qayıt