Əsas Səhifə > Dünya > “Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir”
“Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir”11-04-2022, 08:07 |
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla söhbətindən sonra Almaniyanın mövqeyinin Ukraynanın xeyrinə dəyişdiyini bildirib. Bunu Zelenski feysbuk sosial şəbəkəsində yayımladığı videomüraciətində deyib. “Almaniya kansleri Olaf Şoltsla müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların hamısını necə məsuliyyətə cəlb etmək, Rusiyaya qarşı sanksiyaları necə gücləndirmək və Rusiyanı sülhə nail olmağa necə məcbur etmək barədə danışdım”, - prezident deyib. Onun sözlərinə görə, son vaxtlar Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir: “Mən bunu tamamilə məntiqli hesab edirəm. Çünki bu kursu alman xalqının əksəriyyəti dəstəkləyir. Mən onlara minnətdaram. Amma mən razılaşdığımız hər şeyin həyata keçiriləcəyini gözləyirəm. Və bu çox vacibdir”. //report// Geri qayıt |