Əsas Səhifə > Dünya > Pakistan ABŞ-ın maraqları üçün kritik önəm kəsb edir

Pakistan ABŞ-ın maraqları üçün kritik önəm kəsb edir


12-04-2022, 08:29
Pakistan ABŞ-ın maraqları üçün kritik önəm kəsb edir
ABŞ öz maraqları üçün kritik önəm kəsb edən Pakistanla uzunmüddətli tərəfdaşlığı yüksək qiymətləndirir.

DİA.AZ Trend-a istinadla xəbər verir ki, bunu jurnalistlər üçün mütəmadi brifinq zamanı Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib.

"Biz Pakistanla uzunmüddətli tərəfdaşlığımızı yüksək qiymətləndiririk, çiçəklənən və demokratik Pakistanı həmişə ABŞ-ın maraqları üçün kritik önəm kəsb edən ölkə hesab etmişik", - deyə C.Psaki bildirib.

Onun sözlərinə görə, Vaşinqton və İslamabad arasında "yeni liderlərin hakimiyyəti dövründə də davam edəcək uzunmüddətli və güclü əlaqələr" mövcuddur.

Geri qayıt