Əsas Səhifə > Dünya > İDDİA: Türkiyə Zelenskinin "əli" ilə müharibəyə çəkilir!
İDDİA: Türkiyə Zelenskinin "əli" ilə müharibəyə çəkilir!3-05-2022, 08:30 |
"Volodimir Zelenskinin Türkiyə haqqında dediklərini müharibə dəhşətlərinin onda yaratdığı əsəb və gərginliklə əlaqələndirmək olar". dia-az.life xəbər verir ki, bu barədə "Sherg.az"a analitik Aqşin Kərimov bildirib. Ekspertin sözlərinə görə, hərçənd ki, bu, zəif versiyadır. Zelenskinin üzərinə düşməyək, ölkəsi müharibənin içərisindədir, adam başını itirib, amma nəticədə Türkiyə haqqında dedikləri təpədən dırnağa qədər ədalətsizliyin göstəricisidir: "Ən azından Türkiyənin mövqeyini və dəstəyini kölgə altına almaqdır və bu, siyasi korluqdur. Bu tezis Zelenskinin deyil, mətni başqa yerlərdə yazılıb və Türkiyənin müharibəyə cəlb edilməsi ssenarilərini özündə ehtiva edir. Bizdəki yerli liberal-demokratlar isə əslində Zelenskini deyil, tezis yazan mərkəzləri müdafiə edir. Qısası, mövzu Türkiyə olunca, çoxunun kürkünə birə düşür və hikkələrində çırpınır. İnanın, sabah tezis gəlsə ki, Zelenski pisdir, özünə əl qatanların valı tamamilə dəyişəcək. Türkiyə isə ağır daş olub, çoxunun təpəsinə düşür". Geri qayıt |