Əsas Səhifə > Dünya > "Rusiya Silahlı Qüvvələri Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradırlar"
"Rusiya Silahlı Qüvvələri Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradırlar"5-05-2022, 09:00 |
“Rusiya ordusu Şərqi əməliyyat zonasında hücum əməliyyatlarını dayandırmır. Bu, Donetsk və Luqansk vilayətlərinə tam nəzarəti ələ keçirmək və Krımla quru dəhlizini saxlamaq üçündür”. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında bildirilib. “Rusiya Silahlı Qüvvələri Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradırlar. Müəyyən ərazilərdə qoşunların yenidən qruplaşdırılması həyata keçirilir, ehtiyatların artırılması üçün tədbirlər görülür. Donetsk və Tavriya istiqamətlərində təmas xətti boyunca düşmənin artilleriya atəşi davam edir. Düşmən qoşunlarımızın hərəkətlərinin qarşısını almaq üçün operativ-taktiki və ordu aviasiyası ilə raket-bomba zərbələri endirir. Onlar Liman, Severodonetsk və Popasnyansk rayonlarında hücum əməliyyatları keçirməyə çalışsalar da, bu, uğursuz alınıb. Avdiiv və Kuraxiv istiqamətlərində Rusiya ordusu Ukrayna müdafiəçilərinin mövqelərini atəşə tutmaqda davam edir”, - məlumatda bildirilib. Məlumata görə, Şərq Hərbi Dairəsinin 35-ci Ümumhərbi Ordusunun 38-ci Əlahiddə Motoatıcı Briqadası xeyli itki verib: “Bundan sonra bəzi hərbçilər döyüşlərə qatılmaqdan imtina ediblər. Onların silah-sursat təminatrında problemlər var. Mənəvi-psixoloji durmları aşağıdır. Ukrayna müdafiəçilərinin uğurlu hərəkətləri nəticəsində düşmən Nikolayev və Xerson vilayətlərinin sərhəddində bir neçə yaşayış məntəqəsinə nəzarəti itirib”. Həmçinin qeyd olunub ki, son sutkada Rusiya ordusunun 9 hava hədəfi vurulub: “4 İHA, 3 qanadlı raket, 2 təyyarə məhv edilib. Donetsk və Luqansk vilayətlərində isə ötən gün düşmənin 11 hücumu dəf edilib, 5 tankı, 7 ədəd zirehli döyüş maşını məhv edilib”. //report// Geri qayıt |