Əsas Səhifə > Dünya > "Bu gün seçki keçirilsəydi, Tramp Baydeni kifayət qədər inamla məğlub edərdi"
"Bu gün seçki keçirilsəydi, Tramp Baydeni kifayət qədər inamla məğlub edərdi"9-05-2022, 09:20 |
Amerikalı politoloq Malek Dudakovun fikrincə, bu gün ABŞ-da prezident seçkiləri keçirilsəydi, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp əminliklə ölkənin hazırkı rəhbəri Co Bayden üzərində qələbə qazanardı. Analitik Rusiyanın "Lenta.ru" portalına müsahibəsində vurğulayıb ki, Trampın hazırkı reytinqini qiymətləndirərkən bildirib ki, sabiq Prezident yenidən böyük siyasətə qayıdacaq. Xatırladaq ki, Tramp Baydenin “Amerikanı Yenidən Möhtəşəm Et” (MAGA) hərəkatındakı tərəfdarlarının onu tənqid etməsinə cavab verib. Keçmiş Prezident belə deyib: "Ölkəmiz cəhənnəmə doğru gedir”. Dudakov hesab edir ki, bu ilin noyabr ayında ABŞ Konqresinə keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının qalib gələcəyi gözlənilir: "Nəticələrə əsasən də, Tramp prezidentliyə namizədliyini elan edəcək. Politoloq xatırladıb ki, Tramp prezidentlikdən gedəndə onun reytinqi aşağı olub: "Bununla belə, son il yarım ərzində amerikalıların əhval-ruhiyyəsi dəyişib. Çünki son il yarım ərzində ABŞ-da inflyasiya rekord həddə çatıb, yanacaq böhranı və bir çox digər mənfi amillər var. Bayden dövründə ABŞ-ı problemlər əhatə edir. Bu baxımdan, Trampa münasibət yenidən nəzərdən keçirilir. Çoxları artıq keçmiş Prezidentin dövründəki sakitliyin nostaljisini yaşayır. Artıq Trampın populyarlıq baxımından Baydendən xeyli irəlidə olduğu bir neçə sorğu var. Sözün əsl mənasında, bu gün Ağ Evin keçmiş rəhbərinin öz varisini 14 faiz üstələdiyi görünür". Amerikalı politoloq hesab edir ki, bu gün seçki keçirilsəydi, Tramp Baydeni kifayət qədər inamla məğlub edərdi: "Hesab edirəm ki, Tramp hakimiyyətə qayıtsa, ABŞ-ın Rusiyaya qarşı siyasəti dəyişəcək. Xatırladım ki, Tramp ABŞ Prezidenti olarkən Rusiyaya qarşı da, digər ölkələrə, problemlərə qarşı da sülhməramlı bəyanatlarla çıxış edirdi, siyasəti də sülhməramlı idi". "Rusiya ilə ABŞ arasında münasibətlər indi elə bir həddə çatıb ki, çətin ki, kimsə bu münasibətləri yaxşılaşdıra bilsin. Ancaq Trampın müəyyən motivasiyası olacaq. Dörd il ərzində Tramp sülhməramlı fəaliyyət göstərməyə çalışdı: İsraillə ərəb dünyasını barışdırmağa çalışdı, Kosovo, Serbiya və Albaniyanı barışdırmağa çalışdı, Şimali Koreya ilə bağlı müqavilə bağlamağa çalışdı və s. Əgər Donald seçkidə qalib gəlsə, o zaman komandası Baydendən daha təsirli olduqlarını göstərmək üçün motivasiyaya sahib olacaq”, - amerikalı analitik bildirib. Bununla yanaşı, Dudakov hesab edir ki, Trampın qələbəsi ilə bağlı 100 faizlik proqnoz vermək mümkün deyil: "Çünki seçkilərə kimi hələ vaxt var. Amma əsas sual Baydenin növbəti seçkilərə qatılıb-qatılmayacağı ilə bağlıdır. Burada bir çox qeyri-müəyyənliklər var: Bayden özü ölkəni idarə etmək istəyəcək, yoxsa yerinə vitse-prezident Kamala Harris kimi varislərindən birini göndərəcək? Bəlkə də Demokratlar Partiyasının başqa bir namizədi olacaq? Bu, dəqiq deyil". Xatırladaq ki, bundan əvvəl Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd ola biləcəyini açıqlamışdı. //ayna// Geri qayıt |