Əsas Səhifə > Dünya > 80-dən çox hərbi texnika cəmi bir neçə dəqiqəyə məhv edilib
80-dən çox hərbi texnika cəmi bir neçə dəqiqəyə məhv edilib16-05-2022, 12:12 |
Rusiyanın Severski Donets çayı üzərində böyük məğlubiyyəti barədə yeni şok məlumatlar ortaya çıxır. DİA.AZ xəbər verir ki, ovqat.com-un məlumatına görə, 80 hərbi texnikanın, 500-ə qədər rus əsgərinin məhv edildiyi döyüşün cəmi bir neçə dəqiqə çəkdiyi iddia olunur. ABŞ-ın Müharibə Tədqiqat İnstitutunun incələdiyi peyk görüntülərində ən azı 73 hərbi texnikanın vurulduğu görünür. Mütəxəssislərin fikrincə, bunlar hələ sıradan çıxarılmış texnikaların tam sayı da deyil. Döyüş əsnasında vurulan bir çox texnika çaya düşdüyündən onları saymaq mümkün olmayıb. Rus hərbi mütəxəssislərin fikrincə, əslində bu döyüşdə 49-ə qədər hərbi texnikanın iştirakı gözlənilirmiş. Vurulan və sayılması mümkün olan texnikaların sayı isə bu rəqəmdən 1.5 dəfə çoxdur. Böyük itkinin bir neçə dəqiqə ərzində baş verməsi və hərbi əməliyyatda gözləniləndən daha çox hərbi texnikanın iştirakı bəzi suallara yol açır. Müşahidəçilərin fikrincə, bu əməliyyat rus hərbçiləri üçün əvvəlcədən hazırlanmış tələyə bənzəyir. Tələdə rus hərbi generalitetinin iştirakı da şübhəsizdir və yəqin ki, Rusiya Silahlı Qüvvələrinin rəhbərliyində xəyanətkar axtarışlarına təkan verəcək. Qeyd edək ki, böyük uğursuzluqla nəticələnən bu əməliyyat Luqansk vilayətinin Rubijne rayonu yaxınlığında toplanan Ukrayna qoşunlarını mühasirəyə almaq məqsədilə həyata keçirilib. Hədəfə alınan Ukrayna qüvvələri 550-yə yaxın hərbçidən və 10-larla hərbi texnikadan ibarət imiş. Rusiya hərbi komandanlığı 41-ci Əlahiddə Ümumqoşun Ordusunun 74-cü motoatıcı briqadasına bu qoşunları məhv etmək üçün Severski Donetsi çayını keçmək tapşırığı verib. Nəticədə Rusiya hərb tarixində misli görünməmiş məğlubiyyət yaşanıb. Uğursuz hərbi əməliyyat mayın 11-də keçirilib. Geri qayıt |