Əsas Səhifə > Dünya > “Ukrayna Krım daxil olmaqla, bütün torpaqlarını azad edəcək”
“Ukrayna Krım daxil olmaqla, bütün torpaqlarını azad edəcək”21-05-2022, 08:15 |
“Bu gün 87 gündür ki, Ukrayna xalqı ölkəsinə və azadlığına nə qədər dəyər verdiyini qəhrəmanlarının qanı ilə dünyaya sübut edir. 87 gündür ki biz güclü ilə haqlı olanın mübarizəsinə şahidlik edirik. Artıq hamı başa düşür ki, haqlı olan Ukrayna azad dünyanın avtoritar dünyaya qarşı mübarizəsinin lideridir. Savaşın ilk günlərində Ukraynanın qələbəsinə olan şübhələr rus ordusunun “məğlubedilməzlik” mifi kimi Ukrayna ordusu tərəfindən darmadağın oldu”. dia-az.life xəbər verir ki, bu sözləri AYNA-ya Ukrayna Azərbaycanlıları Radasının katibi Ceyhun Məmmədov deyib. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsindən danışan C.Məmmədov qeyd edib ki, bu gün Ukraya ona dəstək ölkələr üçün bir azadlıq və demokratiya lakmusu rolunu oynayır: “İşğalçılara qarşı savaşda bir yumruq kimi birləşən Ukrayna xalqı bütün azad dünyanı da imperializmə qarşı birləşdirməyi bacardı. Ukraynaya ayrılan iqtisadi və hərbi yardımların 57 milyard dollara çatması, işğalçı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, “Mən Ukraynalıyam” sözünün dünyada ən populyar brendə çevirilməsi bu savaşda artıq haqlı olanın qalib olacağına heç kimdə şübhə yeri qoymur. Üç günə Kievdə qələbə paradı keçirməyi planlaşdıran təcavüzkar qonşunun qərəzli media və hərbi ekspertləri belə bu gün necə bir professional ordu ilə qarşı-qarşıya olduqlarını bəyan edirlər. Bir sözlə, bu 86 gündə biz gördük ki, dinc əhaliyə qarşı bu günə qədər görünməmiş qəddarlıq edən imperiya həvəsi işğalçı ordu həm Ukrayna xalqından qorxur, həm də onun qəhrəmanlarına və qəhrəmanlığına hörmət edir”. “Kiyev ətrafından düşməni təmizləyən Ukrayna Ordusu Xarkov istiqamətində Rusiya-Ukrayna sərhədinə qədər irəliləyib. Digər bütün istiqamətlərdə düşmənin hücum əməliyyatlarının qarşısı alınıb və alınmaqda davam edir. Üç ay öncə “Rusiya Ukraynana hücum edəcəkmi?” sualı bu gün “Ukrayna Rusiyaya hücum edəcəkmi?” sualı ilə əvəzlənib. Və bütün bunlar hələ Ukraynaya vəd olunan hücum silahları gəlmədən, demək olar ki, Ukraynanın daxili imkanları hesabına baş verib. Önümüzdəki ayın sonuna yaxın Lend-liz çərçivəsi daxilində silahlanan Ukrayna bütün Krım daxil, bütün torpaqlarını azad edəcək”, - deyə UAR rəsmisi qeyd edib. C.Məmmədovun sözlərinə görə, Ukrayna rəsmiləri birmənalı olaraq bildiriblər ki onlar daha bir “dondurulmuş münaqişə” istəmirlər və müharibənin bitməsi və bunun qələbə kimi qeyd olunması üçün əsas şərt Kırım daxil bütün ərazilərinin azad edilməsidir: “İkinci şərt Ukraynana dəyən ziyan üçün (təxmini hesablamalara gprə 800 milyard dollardan çox) təzminatların ödənilməsi, üçüncü şərt müharibə cinayətkarlarının və insanlığa qarşı cinayət törədənlərin məhkəməyə cəlb olunması və son olaraq, Ukraynanın Avropaya inteqrasiyası yə AB üzvlüyünün rəsmiləşməsi məsələləri təşkil edir”. “Cəbhədə və diplomatiyada qazanılan uğurların arxasında Ukrayna xalqının birliyi, igidliyi və milli dəyərlərə verdiyi üstünlük dayanır. Əslində bu savaş 8 il bundan qabaq, 2014 cü ildə deyil, 100 il öncə başlayıb. Bu günkü Ukrayna bayrağı və gerbi 1917 ci ildə çar imperiyasından qurtulmaq istəyən ukraynalıların qurduğu Ukrayna Xalq Respublikası zamanı qəbul olunub. O zaman işğal olunan, 1943 cü ildə bir daha müstəqillyə çan atan, lakin bunu həyata keçirı bilməyən Ukrayna xalqı işğalçı ordu üzərində qələbə ilə öz suverenliyini əbədi olaraq rəsmiləşdirəcək”, - deyə Məmmədov fikrini tamamlayıb. Geri qayıt |