Əsas Səhifə > Dünya > Rusiya bütün qüvvələrini Luqansk vilayətinin işğalına yönəldib
Rusiya bütün qüvvələrini Luqansk vilayətinin işğalına yönəldib21-05-2022, 10:06 |
Ukraynanın şərqində vəziyyət hələ də gərgindir. Rusiya bütün qüvvələrini bu istiqamətə yerləşdirməyə davam edir. DİA.AZ bizimyol.info-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna telemarafonunun efirində Luqansk Vilayət Dövlət Administrasiyasının rəhbəri Serhi Qaydai məlumat verib. “Hazırda Luqansk vilayətinin 10%-ə qədəri Ukraynanın nəzarətindədir. İndi vilayətin hansı bölgəsində vəziyyətin daha çətin olduğunu birmənalı olaraq demək mümkün deyil. Çünki rayonun bütün ərazisi atəşə tutulur. Tamamilə, istisnasız olaraq Luqanskin hər yeri atəş altındadır", - deyə Qaydai bildirib. Onun sözlərinə görə, indi işğalçılar Severodonetski əvvəllər Mariupolu dağıtdıqları kimi intensiv atəş altında saxlayırlar. Regionda ən ağır vəziyyət Zolote, Popasnaya rayonları sayıla bilər. Çünki rus işğalçıları Lisiçansk-Baxmut magistralını nəzarətə götürmək üçün buraya daha çox hücum təşkil edirlər. “Beloqorovkada da bu baxımından çətin vəziyyətdir, çünki onlar oradan da irəliləyiş etmək və trası kəsməyə çəhd edirlər. Onlar bütün qüvvələrini bu istiqamətlərə cəmlədilər ki, ya ərazini mühasirəyə alaraq ələ keçirsinlər, ya da sadəcə onu Popasnaya kimi dağıdıb məhv edərək içəri girsinlər”, - Qaydai qeyd edib. Qaydai artıq Severodonetskdə döyüşlərin getdiyi barədə məlumatı təkzib edib: "Xeyr, bu doğru deyil. Kənarda". Düşmən Donetsk və Luqansk vilayətlərinin ərazisinə tam nəzarəti ələ keçirmək və müvəqqəti işğal olunmuş Krımla quru dəhlizini saxlamaq üçün Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarını gücləndirir. "Bütün təmas xətti boyunca və Donetsk əməliyyat bölgəsində və Slavyansk istiqamətində qoşunlarımızın müdafiəsinin dərinliklərində atəşlər davam edir. Xarkov istiqamətində işğalçılar səylərini Ukrayna Silahlı Qüvvələri ilə döyüşlərdə itirdikləri mövqelərin qaytarılmasına yönəldiblər", - deyə o qeyd edib. Geri qayıt |