Əsas Səhifə > Dünya > Ermənistanda 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrində saxlanılır
Ermənistanda 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrində saxlanılır6-06-2022, 09:09 |
Ermənistanın 2 500 nəfərə yaxın müxalifət fəalı polis bölmələrində saxlanılır. DİA.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə “Müqavimət” hərəkatının koordinatoru, Ermənistan Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan feysbuk səhifəsində yazıb. “İndiyədək müqavimət hərəkatının 2 100 nəfərdən çox üzvü müxtəlif polis bölmələrinə aparılıb. Lakin bilirik ki, onların heç də hamısının saxlanılması polis tərəfindən sənədləşdirilməyib. Faktiki olaraq saxlanılanların sayı 2 500 nəfərə yaxındır”, - o deyib. Aprelin 25-dən indiyədək 48 vətəndaş həbs edilib. İndi məhkəmələr həbslə bağlı vəsatətlərə baxır: “Demokratiya qalası”nda (hərəkatdan əvvəl saxlanılanlar da daxil olmaqla) 5-ə yaxın siyasi məhbusun olması faktdır”. O, iddia edib ki, həbs edilən və saxlanılan vətəndaşların ittihamları əsassız və ya qanunsuzdur. “Eyni zamanda, bütün internet şəbəkəsi, mətbuat polisin qanunsuzluqları, vəhşilikləri və qeyri-insani rəftar faktlarını təsdiqləyən kadrlarla doludur. Buna baxmayaraq hələ də heç bir polis əməkdaşı törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməyib”, - Saqatelyan əlavə edib. Geri qayıt |