Əsas Səhifə > Dünya > Ermənistanda yarım milyona yaxın insan qida çatışmazlığından əziyyət çəkir

Ermənistanda yarım milyona yaxın insan qida çatışmazlığından əziyyət çəkir


9-06-2022, 08:08
Ermənistanda yarım milyona yaxın insan qida çatışmazlığından əziyyət çəkir
BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”nə əsasən, Ermənistanda 500 minə yaxın insan normadan az qidalanır.

DİA.AZ “Report”a istinadla xəbər verir ki, təşkilat eyni zamanda, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayının 70 min nəfər artdığını bildirib.

Qeyd edilir ki, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qidalanmadan əziyyət çəkir.

Dünya Bankının məlumatına görə, Ermənistanda 2021-ci ildə yoxsulluq 7 % artıb. 2020-ci ildə bu, 27 % olub.

Ermənistanın əhalisi 3 milyon nəfərdir.


Geri qayıt