Əsas Səhifə > Dünya > Brüsseldə Ukraynanın Aİ-yə namizədliyi ilə bağlı müzakirələr başlayacaq

Brüsseldə Ukraynanın Aİ-yə namizədliyi ilə bağlı müzakirələr başlayacaq


13-06-2022, 08:11
Brüsseldə Ukraynanın Aİ-yə namizədliyi ilə bağlı müzakirələr başlayacaq
Bu gün Ukraynaya Avropa İttifaqına (Aİ) namizəd statusunun verilməsi ilə bağlı müzakirələr başlayır.

DİA.AZ APA-ya istinadla xəbər verir ki, Brüsseldə başlayacaq müzakirələr debat şəklində aparılacaq.

Bununla yanaşı Aİ-yə daxil olmağı ümid edən Moldova və Gürcüstanın da məsələsi müzakirəoluncaq.

Cümə gününə qədər davam edəcək müzakirələrdən sonra iyunun 17-də Avropa Komissiyası öz tövsiyələri ilə bağlı qərar verəcək.

Namizədlərin statusu ilə bağlı yekun qərar Aİ dövlət başçılarının iyunun 23-24-də keçiriləcək sammitində verilməlidir.

Ekspertlər qeyd edirlər ki, Avropa komissarları Kiyevə yaşıl işıq yandıra bilər.

Geri qayıt