Əsas Səhifə > Dünya > Əllərindəki silah, maliyyə və hərbi güc çomağını hər yerə soxmağa davam edirlər

Əllərindəki silah, maliyyə və hərbi güc çomağını hər yerə soxmağa davam edirlər


16-06-2022, 08:25
Əllərindəki silah, maliyyə və hərbi güc çomağını hər yerə soxmağa davam edirlər
Hər şeyi bilirik, oxuyuruq, eşidirik... amma nə dəyişir ki?! Ukrayna müharibəsini bütün dünya izləyir, oxuyur, eşidir, bilir... Baş verənlərin qarşısını kimsə ala bildimi?! Əksinə, alovun üstünə benzinlə gedirlər.

Yaxud da Suriyada Əsədin, Misirdə Sisinin törətdiyi əməllərin kimsə qarşısını kəsə bilmir. Eləcə də 50 ildən çoxdur İsrailin Fələstində yaşatdığı qətliamlar... Bunun önünə kim keçdi? Heç kim!

Bütün baş verənləri izlədik, eşidik, oxuduq, məlumatlandıq və? Heç bir şey! Nəyisə dəyişdirə bildikmi? Xeyr!

Qlobal hökmranlıqların necə meydana çıxdığı izah edən amerikalı professor Bjezinski yazır: “Xalqlar min illər boyu uzaqdakı qonşularının varlığından xəbərsiz, təcrid edilmiş toplumlar şəklində yaşadılar. Xəbərləri olduqca təcrid edilmiş toplumlar hücuma məruz qaldılar, ya da özləri başqalarına hücum etdilər”.

Analitik daha sonra bu məqama diqqət çəkir: “Köç prosesləri və digər xalqlarla ara-sıra meydana çıxan toqquşmalardan dünyanın geri qalan hissəsinin xəbəri olmurdu. Uzaqlarda olan başqalarının mövcudiyyəti, əvvəl barəsində məlumat olmayan sahələrin kəşfi və xəritələnməsi, daha sonra koloniyaların yaranması və böyük köç prosesləri sadəcə olaraq son 800 ildə baş verdi”.

Məhz bu məlumatların gələcəkdə dünya hakimiyyəti üçün başladılan iki dağıdıcı dünya müharibəsinə və ardınca gələn “soyuq müharibə”yə yol açdığına diqqət çəkən Bjezinski davam edir: “Kosmosun kəşfi dünyanın nə qədər kiçik olduğunu sübut etdi. O, bəşəriyyətin şəhərləşən hissəsinin işıqlı konsentrasiyaları ilə texnoloji cəhətdən geridə qalmış, lakin getdikcə daha çox məskunlaşılan regionların qaranlığı arasındakı ziddiyyəti parlaq şəkildə göstərir”.

“Atlantik okeanın Qərbi Avropa sahillərində yerləşən dövlətlər dünyanın kəşfinə çıxan ilk dövlətlər oldu. Bu kəşflər dəniz texnologiyasındakı irəliləyişlərin, missionerlik ambisiyalarının, monarxiya və şəxsi şöhrət arzularının və maddi narazılığın güclü qarışığından qaynaqlanır”, - deyə alim vurğulayır.

Bərabərhüquqlu olmayan istənilən ortaqlıq, müttəfiqlik dağılmağa, parçalanmağa, arxadan vurulmağa və xəyanətə məruz qalmağa məhkumdur. Çünki güclü tərəf oyunu poza və oyunda yeni qaydalar təyin edə bilər.

Haqlı olmaq heç nə ifadə etməyə bilər. Dərdinizi danışmaq üçün bir dəqiqə vaxtınız belə, tapılmaz. Haqlı olmağınıza baxmayaraq, üzərinizə haqsız damğası vurulur, dünya ictimaiyyəti əleyhinizə çevrilir və heç utanıb çəkinmədən sizi daşa basdırırlar.

Koreyada ABŞ uğrunda savaşan Mehmetciyimiz unuduldu. “Soyuq müharibə” dönəmində SSRİ-yə qarşı müqavimətimiz də onun kimi. “İstifadə et, at” - qlobal güclərin ən gözəl bildiyi və yararlandığı prinsipdir. Və bu oyunularını dayanmadan oynayırlar.

Yüz illərdir baş verənləri izləyib, amma anlamayanlar hələ də yuxudadırlar. Qlobal hegemonlar isə əllərindəki silah, maliyyə və hərbi güc çomağını hər yerə soxmağa davam edirlər. Məsələn, Ukrayna, Yunanıstan və Yaxın Şərq ölkələrinə. Hələ də gəlirlərmi, yoxsa gedirlərmi – bəlli deyil...

Müəllif: Mehmet Soysal
Mənbə: "hurriyet.com.tr"
Tərcümə AYNA-ya məxsusdur

Geri qayıt