Əsas Səhifə > Dünya > Erməni "FSB" generalı Kremlin ümidlərini doğrultmadığı üçün istefa verdi...
Erməni "FSB" generalı Kremlin ümidlərini doğrultmadığı üçün istefa verdi...22-06-2022, 09:25 |
"Artur Vanetsyan etiraz hərəkatının uğursuzluğuna görə deputat mandatından istefa verib". DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, erməni siyasi texnoloq Armen Badalyan xarici mediaya müsahibəsində belə hesab etdiyini bildirib. "Siyasi proses Vanetsyanın "Azadlıq" meydanında qeyri-müəyyən piketi ilə başladı və bu, etiraz hərəkatının aktivləşməsinə təkan oldu"- A.Badalyan belə deyib. “Etiraz hərəkatının uğurlu olduğu mərhələlər olub, lakin ümumilikdə qarşıya qoyulan vəzifəyə – hakimiyyətin dəyişməsinə nail olmaq mümkün olmayıb [...] Çox güman ki, o [Vanetsyan] məğlub olmaq istəmirdi", -deyə siyasi şərhçi izah edib. Badalyan bildirib ki, Vanetsyanın siyasi gələcəyi qeyri-müəyyəndir, çünki onun rəhbərlik etdiyi "Vətən" partiyasının parlamentdən kənarda mübarizə aparmaq üçün lazımi resursları yoxdur. "Bundan başqa, Vanetsyanın şəxsi reytinqi kifayət qədər aşağıdır", - o vurğulayıb. Siyasi texnoloq digər müxalifət deputatlarının da Vanetsyandan nümunə götürəcəyinə şübhə edir. “Müxalifət növbədənkənar seçkilər olsa, indikindən daha çox mandat ala biləcəklərinə əmin deyil”, - deyə Badalyan izah edib. Digər erməni politoloq Andrias Qukasyan isə bildirib ki, bir siyasətçi kimi A.Vanetsyanın qeyri-konkurent olduğu üzə çıxıb. “Vanetsyan nə parlamentdə, nə küçədə, nə də müsahibədə ümidləri doğrultmadı və onun siyasi sponsorlar sərt insanlardır. Onlar hesab etdilər ki, Venetsyana resurs sərf etməyin mənası yoxdur və onu sildilər” -deyə erməni politoloq vurğulayıb. "Bu dəyişiklik həm də müxalifətin etirazlarına dəstək verməyən Kremlin siyasətindən məyusluqla bağlıdır. Şimaldan dəstək olmadığı üçün Qərbə gedirik”, - Qukasyan izah edib. Zəruri arayış və xatırlatma: Artur Vanetsyan 2002-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2018-ci il mayın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı və Ermənistan prezidentinin fərmanı ilə o, Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib, 2019-cu il sentyabrın 16-da isə baş nazirin təklifi ilə vəzifəsindən azad edilib. Və bundan sonra "Vətən" partiyasının sədri kimi daim Paşinyana müxalif mövqedə dayanıb. Hələ MTX sədri olduğu dövrdə Ermənistan siyasi dairələrində A.Vanetsyanın Moskvanın adamı olması haqda fikirlər səslənib. A.Vanetsyan 2020-ci ilin yanvarında o vaxt işğal altında olan Cəbrayıl rayonunun Arazyanı ərazilərimizə gələrək buradakı torpaqların təcili məskunlaşdırılmasından danışmışdı... 2020-ci ilin noyabrında isə populist çıxışlar edərək bir dəstə tərəfdarıyla Xankəndinə gəlmiş, lakin ordumuz Şuşaya yaxınlaşan kimi aradan çıxmışdı... Ötən il isə A.Vanetsyan Qarabağa növbəti səfərində Xocavənd rayonundakı qədim Amaras məbədimiz üzərinə separatçı-terrorçu rejimin əski parçasını qaldırıb... Geri qayıt |