Əsas Səhifə > Dünya > Belorus Ukraynaya qarşı savaşa qoşularsa...
Belorus Ukraynaya qarşı savaşa qoşularsa...29-06-2022, 08:48 |
Rusiya Prezidenti Vladimir Putin Belarus rəhbəri Aleksandr Lukaşenko ilə görüşü zamanı Moskvanın yaxın aylarda “İsgəndər-M” raket sistemlərini Minskə təhvil verəcəyini bildirib. Putin deyib ki, ABŞ-ın Avropada 200 taktiki nüvə silahı var və onlardan istifadə üçün 257 təyyarə hazırlanıb. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko üç gün - iyunun 23-dən 25-dək danışıqlar aparıblar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Lukaşenko ilə görüşdə Belarusa nüvə silahının verilməsindən deyil, texniki cəhətdən müxtəlif silah növlərini daşımağa qadir olan komplekslərin ötürülməsindən danışıb. Lakin iddia olunur ki, “İsgəndər-M” raket sistemləri həm adi, həm də “nüvə” variantda Belarusa veriləcək. Moskvanın bu addımı Belarusun da yaxın günlərdə Ukrayna ilə müharibəyə cəlb ediləcəyi kimi dəyərləndirilir. dia-az.life-ın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının müşaviri, politoloq Azər Qasımov “Şərq”ə bildirib ki, Rusiyanın Ukraynaya ekspansiyasında Belarusun rolu və məsuliyyəti ən azı Rusiya qədərdir. Ekspert vurğulayıb ki, iki ölkə başçısının son görüşündən sonra Belarusa raket sistemləri ötürülməsi müharibənin gedişində əsaslı dönüş yaratmaq gücündə deyil: “Belarus Rusiya üçün hər zaman sözün əsl mənasında for-post ölkə olub, indi də elədir. Belarusa hansısa silah sistemini gətirmək və yerləşdirmək problemli məsələ deyil və Rusiya üçün bir-iki günlük işdir. Belə bəyanatlar kimlərəsə hədə gəlmək məqsədi daşıyır. Müharibədən bir neçə ay əvvəl Rusiya Belarus-Polşa sərhədinə minlərlə suriyalı qaçqın yığmaqla kriz yaratmağa cəhd edirdi. Moskva Avropaya təzyiq etmək üçün bunu təşkil edirdi. İndi də Belarusa raket sistemləri daşımaqla, NATO-nun Belarusla sərhəd ölkələrinə təzyiq etməklə Ukraynaya dəstək olmaqdan çəkindirmək istəyir. Minsk özünü Ukrayna müharibəsindən kənar hesab etsə də, rus ordusunun Belarus ərazisindən Ukraynaya hücumu zamanı artıq Belarus öz tərəfsizliyini itirib və tərəf olub. Bu baxımdan Belarus ərazisinin və ordunun yenidən istifadə edilməsi yeni durum yaratmır”. A.Qasımova görə, Belarus ordusunun da birbaşa müharibəyə qoşulması savaş arealını genişləndirər: “Bu, NATO-nun daha böyük qüvvə ilə Ukraynaya dəstəyini labüd edər. Bu durumda təbii olaraq Ukrayna məğlub duruma düşər. NATO təmsilçilərinin əsas məqsədi Rusiyanı bu müharibədən məğlub çıxartmaqdır. Belarusun Rusiyanın yanında açıq şəkildə müharibəyə qoşulması Minsk üçün də ağır nəticələrə səbəb ola bilər. Rusiyaya tətbiq edilən sanksiyalar Belarusa da tətbiq olunar. Belarus hələki böyük ölçüdə Rusiya üçün nəfəslik rolu oynayır. İki ölkənin sanksiyalar altında qalması Rusiyanın işini daha çətinləşdirər”. Geri qayıt |