Əsas Səhifə > Dünya > Pentaqon Rusiyanın İlan adasından çəkilməsinin səbəbini açıqlayıb

Pentaqon Rusiyanın İlan adasından çəkilməsinin səbəbini açıqlayıb


2-07-2022, 08:42
Pentaqon Rusiyanın İlan adasından çəkilməsinin səbəbini açıqlayıb
ABŞ-ın Müdafiə Nazirliyi Rusiya qoşunlarının Qara dənizdəki İlan adasından çəkilməsinin səbəbini açıqlayıb.

DİA.AZ-ın APA-ya istinadən xəbərinə görə, Pentaqonun rəsmi saytında bildirilib ki, bu addım “xoşniyyətli jest deyil”.

“Ukraynalılar bir müddət əvvəl əldə etdikləri “Harpun” raketləri ilə uğurlu müqavimət göstərdilər və təchizat gəmilərinə hücum etdilər. Bu yolla ukraynalılar Rusiya ordusunun əməliyyatları dəstəkləməsini çətinləşdirdi və bura Ukrayna ordusu üçün əlçatan oldu. Son nəticədə rus ordusu adanı tərk etdi” – deyə Pentaqonun saytında bildirilib.

Pentaqon hesab edir ki, İlan adasının Ukraynanın nəzarətinə keçməsi Odessanın müdafiəsini asanlaşdırar, həmçinin Rusiyanın nəzarəti olmadan dəniz yolunu açmağa imkan verər.

Geri qayıt