Əsas Səhifə > Dünya > NATO üçün “cek pot”

NATO üçün “cek pot”


2-07-2022, 08:44
NATO üçün “cek pot”
NATO uçurumun kənarındaydı. Tam parçalanma nöqtəsinə çatmışdı.

Nüfuzunu, hətta hörmətini, ləyaqətini itirmək üzrə idi. Karikaturaların mövzusuna çevrilməyə başlamışdı.

Və son anda Madriddə lotereyada böyük uduş – “cek pot” uduldu. Alyansa təkrar həyata döndü.

İndi NATO gəlib Türkiyənin əlindən öpsün. Bəli, bəli!

İsveç və Finlandiya, sanki xilaskar qəhrəmanlarmış kimi, aylardır NATO-nun qapısını döyəcləyirlər. Amma əsas açar Türkiyədədir. Biz razılıq verməsək, kimsə içəri girə bilməz.

Dünya aylardır bu haqda danışır. Yəni köhnəlmiş NATO-muz birdən-birə məşhurlaşır və gündəmin başında oturur. Əla!

Türkiyənin illərdir məruz qaldığı hücumlara həmişə müşahidəçi mövqeyində qalan NATO indi Türkiyənin sayəsində yenidən doğulur. Ona xoşbəxt ömür arzulayıram.

Ümid edirəm ki, o, eyni səhvləri, eyni biabırçılığı, eyni haqsızlıqları təkrarlamaz. Təkrarlasa belə, biz hər zaman buradayıq. Yenə işiniz düşəcək…

Qeyd

Bir də bu məqam var: “Türkiyə Madriddə qələbə çaldı”.

Bu, necə qələbədir?

Müxalifət alqışladımı?

Xeyr!

O zaman bir dəqiqə gözləyin:

Müxalifətin alqışlamadığı qələbəni mən qələbə adlandırmaram. Zirvəni diqqətlə oxuyun. Bu, mütləq məğlubiyyətdir…

Müəllif: Ruaf Tamer
Mənbə: "hurriyet.com.tr"
Uyğunlaşdırma AYNA-ya məxsusdur

Geri qayıt