Əsas Səhifə > Dünya > “Güc strukturları Putinə şübhə ilə yanaşır”

“Güc strukturları Putinə şübhə ilə yanaşır”


4-07-2022, 07:52
“Güc strukturları Putinə şübhə ilə yanaşır”
Ukraynada tammiqyaslı müharibənin başlanması səbəbilə Rusiya Prezidenti Vladimir Putin tam təcrid və «sürgün» vəziyyətinə düşüb. Əgər o, müharibəni uduzsa, o zaman onun sonu olacaq.

Bu fikri rusiyalı politoloq Dmitri Oreşkin «NV» sütununda səsləndirib.

«Mənim nəzərimcə, Putin təcrid və «sürgün» vəziyyətindədir. Sosial dəstək planında ölkə daxilində onun üçün vəziyyət normaldır, amma öz dövlətinin hüdudlarından kənarda o, yalnız Türkmənistan kimi ölkələrə gedə bilər. O, beynəlxalq siyasətdə özünü küncə qısnayıb» – o, qeyd edib.

Ekspert əmindir ki, Rusiyanın güc strukturları Putinə şübhə ilə yanaşırlar, situasiya Rusiya üçün hər gün pisləşir.

«Artıq rəsmi surətdə bəyan olunub ki, Finlandiya və İsveç NATO-ya daxil olurlar, Ukraynanı ram etmək alınmır, öz seçicilərinə boşqab içərisində qələbəni təqdim etmək yenə baş tutmur. Və ona görə də özü üçün məqbul olmayan işlə – ekvilibristika ilə məşğul olmaq məcburiyyətində qalır. İstəmədiyi şey haqqında danışmaq ki, əməliyyatın məqsədi Luqansk və Donetsk vilayətlərinin müdafiəsindən ibarətdir, bu zaman məntiqi suala cavab verməmək ki, nə üçün və nəyə görə bu vilayətlərin müdafiəsi Kiyevin, Xarkovun, Sumının, Çerniqovun ətrafında həyata keçirilir?» – Oreşkin əlavə edib.

Politoloq hesab edir ki, Putin mənəvi cəhətdən hazır olmadığı situasiyaya – «açıq etiraf olunmayan strateji məğlubiyyətə» düçar olub.

Geri qayıt