Əsas Səhifə > Dünya > Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək12-07-2022, 08:23 |
Venesuela hakimiyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfərinə hazırlaşır. DİA.AZ Trend-a istinadla xəbər verir ki, bunu Venesuelanın Prezidenti Nikolas Maduro missiyasını başa vuran Türkiyənin Karakasdakı səfiri ilə görüşündə deyib. "Önümüzdəki günlərdə Prezident R.T.Ərdoğanı Venesuelada qəbul edəcəyik. Biz bir daha Venesuelanın inkişafına və iqtisadi bərpasına böyük təsir göstərəcək bu səfərə hazırlaşmağa şadıq", - deyə N.Maduro bildirib. Xatırladaq ki, iyunun əvvəlində N.Maduro Ankaraya səfər edib və R.T.Ərdoğanla görüşüb. Türkiyə Prezidenti Venesuelaya son dəfə 2018-ci ildə səfər edib. Geri qayıt |