Əsas Səhifə > Dünya > Ukrayna ordusu Andreyevka qəsəbəsini azad edib
Ukrayna ordusu Andreyevka qəsəbəsini azad edib27-07-2022, 07:42 |
Ukrayna ordusu Rusiyanın dayaq məntəqələrinə zərbə endirərək Zaporojye əyalətinin şəhər tipli qəsəbəsi Andreyevkanı azad ediblər. DİA.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə “Cənub” Operativ Komandanlığı məlumat yayıb. "Aviasiyamız qırıcılardan, bombardmançılardan və helikopterlərdən istifadə etməklə düşmənə 4 zərbə endirib. Düşmənin Andreyevka, Beloqorka və Blaqodatnıy ərazilərindəki 4 dayaq məntəqəsi vurulub. Beləliklə, Andreyevka azad edilib və nəhayət, Rusiya işğalçı qoşunlarından təmizlənib. Qoşunlarımız bir neçə gün əvvəl Lozovoyedə olduğu kimi öz mövqelərini etibarlı şəkildə gücləndiriblər”, - komandanlığın feysbukda yerləşdirilən xəbərində deyilir. Qeyd olunur ki, Rusiya ordusu gün ərzində Bruskinskoye - Beloqorka istiqamətində əks-hücuma keçərək itirilmiş mövqelərini bərpa etməyə çalışsa da, buna nail ola bilməyib. Rusiya hərbi hava qüvvələrinin təyyarələri Ukrayna mövqelərinə 4 zərbə endirib: Ukrayna hərbçiləri arasında itki yoxdur. Əməliyyat zamanı Rusiya ordusunun 89 hərbçisi öldürülüb, anbarı və xeyli sayda texnikası sıradan çıxarılıb. Geri qayıt |