Əsas Səhifə > Dünya > Ermənilər panika içində: İrəvan üzərindən uçuşlar əhalini qorxuya salıb

Ermənilər panika içində: İrəvan üzərindən uçuşlar əhalini qorxuya salıb


28-07-2022, 11:01
Ermənilər panika içində: İrəvan üzərindən uçuşlar əhalini qorxuya salıb
Ermənistan son bir neçə gündə aviasiya təlimlərinə başlayıb. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, 44 günlük müharibədən sonra bu, İrəvan hökumətinin aviasiya ilə bağlı ilk təlimləri hesab olunur.

Son 3 gün ərzində isə İrəvan üzərindən uçuşların həyata keçirilməsi şəhər sakinlərində panika yaradıb. Buna səbəb isə son günlər müharibəyə dair məlumatların çoxalması və riskin artması göstərilir.

Erməni psixoloq Karine Nalçacyan bununla bağlı açıqlamasında bildirib ki, xüsusən gecə saatlarında hərbi təyyarələrin uçuşlar etməsi əhalini qorxuya salıb. “Mənə mütəmadi olaraq müraciət edirlər ki, gecə uçuşları səbəbindən ciddi panika keçirilər. Onlar zənn edirlər ki, müharibə yenidən başlayıb, hərbi təyyarələr də şəhəri bombalamaq üçün havalandırılıb”.

Nalçacyan deyib ki, panik durumda olanların əksəriyyəti isə müharibədə iştirak etmiş şəxslərdir. “İnsanlar, siyasi baxışlarından asılı olmayaraq, çox yaxşı bilirlər ki, biz təhlükəli vəziyyətdəyik və müharibə hər an yenidən başlaya bilər. Təbii ki, qorxu və həyəcan hissləri ola bilər, xüsusən də həmin fəlakəti, bombardmanı görənlər bunu daha çox hiss edirlər”.

Ekspert vurğulayır ki, problem fərdi qorxulardan daha böyükdür. “Müharibədə məğlub olduqdan sonra biz böyük bir stres yaşadıq. Lakin yeni müharibə başlayarsa, bu artıq həyacanlı vəziyyət olmayacaq. Əksinə, bu artıq psixloji durumun çökməsi olacaq. Çünki müharibəyə qədər zənn edirdik ki, ordumuz var, bizi qoruyur. Lakin məğlubiyyətdən sonra belə bir inam və ümid qalmayıb. Ermənistan ordusunun faktiki durumu da göz qabağındadır. Biz qeyri-adekvat vəziyyətdəyik və bir təyyarə görüb vəziyyəti anlayanda təşvişə düşməyimiz qəribə olmamalıdır”.

Psixoloq bunun xüsusi məqsəd daşıdığını, cəmiyyətdə hər an narahatlıq hissini saxlamaq üçün edildiyini istisna etməyib. “Biz böyük bir manipulyasiya tələsinə düşdük. Ermənistan hakimiyyəti bu addımları ilə cəmiyyətə çatdırmaq istəyir ki, sülh şəraitində yaşamasaq, müharibə qaçılmaz olacaq və düşmən təyyarələri şəhərlərimizi bombalayacaq”.

Geri qayıt