Əsas Səhifə > Dünya > Bu il Ermənistanın 19 hərbçisi qeyri-döyüş şəraitində ölüb
Bu il Ermənistanın 19 hərbçisi qeyri-döyüş şəraitində ölüb9-08-2022, 08:14 |
Cari ilin yanvar-avqust ayları ərzində Ermənistan ordusunun 19 hərbçisi qeyri-döyüş şəraitində ölüb. DİA.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundakı mənbə bildirib. Qeyd edilir ki, onlardan 10-u hərbi xidmət zamanı, qalanları isə naməlum şəraitdə ölüb. Məlumata görə, yanvarda Ermənistan ordusunun 4, fevralda 3 hərbçisi naməlum şəraitdə ölüb. Martın 17-də 19 yaşlı çağırışçı Eduard Rüstəmyan naməlum şəraitdə ölüb. Həmin gün daha bir hərbi çağırışçı Albert Siroyan da qeyri-müəyyən şəraitdə dünyasını dəyişib. Apreldə 3 erməni hərbçinin ölümü qeydə alınıb. Aprelin 28-də Ermənistan ordusunun əsgəri hərbçi yoldaşı tərəfindən güllələnərək qətlə yetirilib. N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu, 2002-ci il təvəllüdlü Samvel Sanoyan hərbçi yoldaşı tərəfindən güllələnib. İyulun 17-də 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilən erməni əsgər Palyan Poqosyan iyulun 26-da ölüb. Ermənistanın Müdafiə Nazirliyi əsgərin ağır yanıq xəsarətləri alması barədə məlumatı gizlədərək, bunu ancaq iyulun 26-da açıqlayıb. Təkcə avqustun 4-dən 7-dək üç erməni hərbçi qeyri-döyüş şəraitində ölüb. Avqustun 4-nə keçən gecə Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin üç aylıq təlim-məşq toplanışının üzvü, sıravi Atom Arutyunyan naməlum şəraitdə ölüb. Avqustun 7-də N saylı hərbi hissənin hərbi qulluqçusu Arşaluys Ovannisyan naməlum şəraitdə ölüb. Onun ölüm səbəbi açıqlanmayıb. Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə (Sevan) gölündə ölüb. Yerli mətbuatın araşdırması zamanı onun hərbi qulluqçu olduğu üzə çıxıb. "4rd.am" saytı isə cari ilin 8 ayı ərzində Ermənistan silahlı qüvvələrinin 19 yox, 28 hərbçisinin qeyri-döyüş şəratində öldüyünü xəbər verib. Qeyd edilir ki, 16 hərbçi xidmət zamanı, 12 hərbi qulluqçu isə naməlum şəraitdə dünyasını dəyişib. Geri qayıt |