Əsas Səhifə > Dünya > Putin Ukraynanın harasında YANLIŞ ETDİ...
Putin Ukraynanın harasında YANLIŞ ETDİ...10-09-2022, 08:15 |
Vladimir Putin hərbçi olmadığından Ukraynaya qarşı işğala qərar verərkən hesabları yanlış çıxıb. Kreml sahibi nə qədər desə də ki, “hər şey plan üzrə gedir”, inandırıcı deyil, Putin Ukraynanın bir neçə həftəyə təslim olacağını düşünürdü. Olmadı. Putinin təbirincə desək, müharibə onun planı üzrə getsəydi, Donbasın tamamı bugünə qədər işğal olunmalı və Ukraynanın müdafiəsi çoxdan yarılmalı idi. Bu isə nəinki baş vermir, əksinə müharibədə böyük təcrübə toplayan və döyüşlərə rezerv qüvvələr cəlb edən Ukrayna ordusu müxtəlif istiqamətlərdə uğurlu əks-hücumlar təşkil edir. Hər iki tərəf itki verir, sadəcə fərq ondadır ki, ukraynalı döyüşçülər öz torpaqları uğrunda həlak olurlar, rusiyalı döyüşçülər isə özgə torpaqda nəyin uğrunda savaşdıqlarını anlamırlar. Bu səbəbdən ukraynalı döyüşçülər mənəvi üstünlüyə malikdirlər, istənilən müharibədə bu amil həlledici rola malikdir. Putinin müharibəni bitirməsi üçün Ukrayna tükənməli və təslim olmalıdır. Bu baş verməyəcək. Elxan Şahinoğlu DİA.AZ Geri qayıt |