Əsas Səhifə > Dünya > Rusiyanın Ukraynada yeni dəst-xətti...

Rusiyanın Ukraynada yeni dəst-xətti...


12-09-2022, 07:49
Rusiyanın Ukraynada yeni dəst-xətti...
Ən etibarlı hesab etdiyim Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətə dair yayımladığı analizi qısa şəkildə təqdim edirəm:
- Ukrayna Xarkov vilayətində Rusiyanın formalaşdırdığı Donbas oxunu çökdürür.
- Rusiya informasiya siyasətini qura bilmədiyindən Kremlin informasiya məkanı Ukraynanın əks-hücumları ilə çökür.
- Ukrayna qüvvələri bəzi yerlərdə Rusiya mövqelərinin 70 kilometrə qədər dərinliyinə nüfuz edib.
- Ümumilikdə Ukraynanın sentyabrın 6-dan bu yana 3000 kvadratkilometr ərazisinin işğaldan azad edildiyi bildirilir.
- Ukrayna Xarkov vilayətinin şimal-şərqində və İzyumun şimal hüdudlarında Rusiya ilə sərhədin 15-25 kilometrlik mövqelərə çatıb və Kupyanskın qərbini ələ keçirib.
- Rusiya şərqdəki uğursuzluqların cənub oxuna təzyiq yaratmaması üçün Xersonda və Zoporejyada mövqelərini möhkəmləndirir. Ukrayna isə mövqe döyüşləri aparır və Rusiyanın logistika xətlərinə qarşı maneələr yaradır.

ŞƏRH:
Deyəsən, Rusiya hazırda əlində saxladığı ərazilərlə kifayətlənmək istəyir.
Ancaq Ukraynanın əks-hücumları güclənir və Rusiya əlində olanları da buraxır.
Ukraynanın müharibədə qələbəsinin təminatı Qərbdən gələcək silahların həcmindən, Türkiyənin növbəti partiya "Bayraktarlar" ixrac etməsindən və Zelenskinin qətiyyətinin sonacan olmasından asılıdır.
Aqişin Kərimov
DİA.AZ

Geri qayıt