Əsas Səhifə > Dünya > "Qərar təkcə bizim xeyrimizə olmamalıdır"
"Qərar təkcə bizim xeyrimizə olmamalıdır"15-09-2022, 08:47 |
DİA.AZ: - Facebook-da canlı yayıma çıxan Nikol Paşinyan Ermənistanı qarışdıran məlum açıqlamasında nə demək istədiyinə aydınlıq gətirib. DİA.AZ erməni baş nazirin açıqlamasını təqdim edir: “Mən niyə bu barədə danışdım? Çünki bu gün Ermənistan Respublikasına təcavüz edilir. Müzakirələrdə söhbət Ermənistanın ərazi bütövlüyündən getmir. Bizdən dəhliz istəyirlər. Biz deyirik ki, Ermənistan ərazisindən dəhliz verməyəcəyik. Biz heç vaxt Ermənistan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan sənədi imzalamayacağıq. Bu gün sərhəddən əsgərlər zəng vurub deyirlər ki, düzdür kağıza imza atıblar, yəni sərhəd qorunmur? Mənə deyirlər ki, Azərbaycan saytları oxşar başlıqlar yayırlar. Biz hərtərəfli həllə hazır olduğumuzu deyirik. Bizim vətənimiz müqəddəslikdən də artıqdır, onu müzakirə etmək olmaz. Əgər danışıqlar zamanı arzularımıza uyğun olmayan sənəd əldə etsək və təhlildən sonra onun Ermənistan üçün davamlı sülh və təhlükəsizliyi təmin etdiyini düşünsək, bu istiqamətdə gedəcəyik. Xalq deyəcək ki, niyə belə bir sənədə imza atıblar, amma fakt budur ki, bu, növbəti yüz il ərzində Ermənistanın sülh və təhlükəsizliyini təmin edə bilər. Qərar təkcə bizim xeyrimizə olmamalıdır. 2018-ci ildə də mən demişəm ki, həll yollarının həyat qabiliyyətli olması üçün o, hamı üçün faydalılıq prinsipinə əsaslanmalıdır”. Geri qayıt |