Əsas Səhifə > Dünya > Krım körpüsünün partladılmasına QIYIQ BAXIŞ
Krım körpüsünün partladılmasına QIYIQ BAXIŞ10-10-2022, 08:13 |
Bir qrup çinli siyasi ekspertin fikrincə, Krım körpüsünün partladılması “pandorra qutusunun” açılmasına şərait yaradıb. Həmin çinli ekspertlərin fikrincə, “şimal axını” boru xəttinin, o cümlədən Krım körpüsünün partladılması terror aktı olmaqla yanaşı bu hərbi etikaya uyğun deyil və bu münaqişənin genişlənməsinə şərait yaradacaq. Deməli, çinli ekspertlərin məntiqinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi, öldürdüyü mülki insanlar, qəsəbələrdə törətdiyi qətliamlar (aşkarlanan kütləvi məzarlıqlar bundan xəbər verir) terror deyilmiş və hərbi etikaya uyğun imiş, ancaq Ukraynanın ərazisini azad etmək məqsədilə əks-həmlələri terror aktı imiş və hərbi etikaya uyğun deyilmiş. Bunu iddia edən çinli ekspertlər gərək onda İkinci Dünya müharibəsi zamanı alman faşistlərinə qarşı savaşan partizanları da terrorçu elan edələr, çünki onlar da dəmir yollarını partladır və faşistlərə qarşı diversiyalar həyata keçirirdilər. Elə hazırda hakimiyyətdə olan Çin Kommunist partiyasının fəalları da vaxtilə Yaponiyanın işğalına qarşı bütün mümkün üsullarla mübarizə aparırdılar, onda gərək çinli ekspertlər öz tarixlərindən də imtina edələr. Elxan Şahinoğlu DİA.AZ Geri qayıt |