Əsas Səhifə > Dünya > Ərdoğanın seçkilərdə şansı nə qədərdir?
Ərdoğanın seçkilərdə şansı nə qədərdir?24-10-2022, 08:21 |
DİA.AZ: - "Türkiyədə prezident və parlament seçkiləri gələn ilin iyununda keçiriləcək, mübarizə artıq başlayıb, Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, müttəfiqi MHP lideri Dövlət Baxçalı, CHP lideri Kamal Kılıçdaroğlu və digər siyasi xadimlər mitinqlər keçirir, insanlarla ünsiyyətlərini genişləndiriblər. Məqsəd indidən tərəfdar sayını mümkün qədər artırmaqdır". DİA.AZ bildirir ki, bunu Türkiyədə keçirilməsi nəzərdə tutulan Prezident seçkilərini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib. Kimin şanslı olub-olmadığına gəlincə isə bu barədə poltioloq net fikir söyləməyib, daha doğrusu, təsiredici mühüm faktora işarə edib: "Ankarada keçirdiyimiz ilk görüşlərdən gəldiyimiz qənaət budur ki, iqtisadi durum seçkinin nəticələrinə ciddi təsir edəcək". Geri qayıt |