Əsas Səhifə > Dünya > “İsrail İranın PUA zavodlarını bombalamalıdır”
“İsrail İranın PUA zavodlarını bombalamalıdır”24-10-2022, 15:09 |
“Ukraynanı silahla təmin etməkdənsə, İranın pilotsuz təyyarə zavodlarını məhv etmək İsrail üçün daha sərfəlidir. Aydındır ki, Rusiya kamikadze pilotsuz uçan aparatlardan istifadə etməyə sadə səbəbə görə getdi ki, artıq lazımi qədər raketləri yoxdur”. DİA.AZ xəbər verir ki, bu fikirləri AYNA-ya şərhində ukraynalı politoloq Yevgen Maqda səsləndirib. Onun sözlərinə görə, Rusiyanın Ukrayna hərbi obyektlərinə qarşı yüksək dəqiqlikli raketlərdən istifadə etməsi ilə bağlı bütün söhbətlər yalandır: “Vəziyyəti daha da gərginləşdirən məhz İran silahlarıdır və onlar mülki hədəflərə qarşı da istifadə olunur”. “Yaxın gələcəkdə Ukrayna ilə İran arasında diplomatik münasibətlərin tam pozulacağını gözləmək lazımdır. Buna heç bir şübhə ola bilməz. Xatırlatmaq istəyirəm ki, 2020-ci ilin yanvarında İranın hava hücumundan müdafiə qüvvələri Ukraynanın mülki təyyarəsini məhv edib və indiyədək buna görə heç kim cəzalandırılmayıb. İran təzminat ödəməkdən və öz məsuliyyətini qəbul etməkdən imtina edir”, - deyə analitik bildirib. İsrailin Ukraynaya dəstəyindən danışan Maqda xatırladıb ki, yaxın vaxtlarda İsraildə parlament seçkiləri gözlənilir: “Lakin bu, son 3 ildə dördüncü seçkidir və hesab edirəm ki, seçkilərə qədər Ukrayna heç bir İsrail silahı almayacaq. Onda hər şey parlamentdəki koalisiyanın formatından asılı olacaq. Lakin İsrailin özü üçün İranın pilotsuz təyyarələr istehsal edən zavodlarına zərbə endirmək daha sərfəli olardı, nəinki Ukraynaya silah vermək”. Ukrayna münaqişəsinin beynəlmiləlləşməsinə gəldikdə, müsahibimiz söyləyib ki, İran və Belarusun dəstəyinə baxmayaraq, bunu dünya müharibəsi hesab etmək olmaz: “Bu, dünya müharibəsi deyil və belə bir ehtimal Kremlin qürurunu oxşaya bilər. Ona görə də belə bir müqayisədən istifadə etməzdim, çünki bunun reallıqla heç bir əlaqəsi yoxdur. Mövcud dünya nizamını sarsıtmağa çalışan, öz maraqları naminə onu alt-üst etməyə çalışan dövlətlər oxunun formalaşdığını görürük - bu, göz qabağındadır”. “Rusiya ilə 2 dövlət hərbi əməkdaşlıq edir - İran və Belarus. Sual yaranır: Əgər Rusiya özünü haqlı hesab edirsə, o zaman niyə dövlətlər statistik qaydada belə, onu dəstəkləmir? Düşünürəm ki, bu suala cavab verən hər bir insan Rusiya təcavüzünün mahiyyətini və dünyada ona olan münasibəti anlayacaq”, - deyə ekspert vurğulayıb. Ukraynanın Xerson istiqamətindəki hücumundan danışan Maqdanın dediyinə görə, işğalçıların fəallığına və onların Xersondan təxliyə ilə bağlı rəsmi bəyanatlarına baxsaq, Ukrayna qoşunlarının uğuru heç də uzaqda deyil: “Ancaq Ukrayna qoşunlarının işğal olunmuş əraziləri geri almasına mane olmamaq üçün bunun de-fakto həyata keçirilməsini gözləməyə dəyər. Mən istisna etmirəm ki, Xerson bu il azadlığa çıxacaq”. Geri qayıt |