Əsas Səhifə > Dünya > Sunakın Britaniyanın Baş nazirliyi dövrü: çətin olacaq, amma...
Sunakın Britaniyanın Baş nazirliyi dövrü: çətin olacaq, amma...25-10-2022, 08:13 |
Boris Conson Baş nazirlik yarışdan kənarda qalıb. "Mən qayıdacağam" bəyanatı işə yaramadı. İndi yüksək ehtimalla keçmiş maliyyə naziri Rişi Sunak Baş nazir olacaq. Onu dəstəkləmək üçün partiya deputatlarının 155-nin imzası toplanıb. Conson 54 səs aldı (baxmayaraq ki, özü 102 səs iddia edir). Partiya açıqlama yayıb. Bu səbəbdən də Conson bu dəfə heç bir nəticə əldə edə bilməyəcəyini anladı. Və o, ölkəyə “vahid partiya” lazımdır deyə, indi bu vəzifəyə qayıtmağı “səhv” hesab etdiyini bildirərək, yarışdan çıxmaq qərarına gəlib. Növbəti Baş nazir qarşıdan gələn qışa qədər yenidən bir sıra böhranlarla üzləşəcək və bu böhranlar həll edilməlidir. Çətin olacaq və yeni Baş nazirin də uzun müddət postunu tuta biləcəyi dəqiq deyil. Burada müdafiə naziri Ben Uolles düzgün addım atdı: o, ikinci dəfə seçkiyə getməkdən imtina edir, daha iddialı partiya üzvlərinə yol verir, eyni zamanda postunu qoruyub saxlayır və daha yaxşı anı gözləyir. Rishi Sunakın xeyrinə olan amillər: yaxşı Oksford təhsili ("bu oğlan nə edəcəyini və necə edəcəyini bilir"); dövlət idarəçiliyində, xüsusən də maliyyə sahəsində ardıcıllıq, təcrübə və indi 1 nömrəli problem iqtisadi böhrandır. Ona əleyhinə olan amillər: onun sinfi mənşəyi (varlı ailə, aristokrat dostlar, böyük sərvət, buna görə də adi insanların reallıqlarından təcrid olunmuş təəssürat yaradır); ABŞ-ın hazırkı administrasiyası ilə guya yaxın əlaqələr (ən azı bunu problem kimi görənlər üçün); Consonun dövründə həyata keçirdiyi maliyyə siyasətinin tükənməsidə və Britaniyanın mövcud problemlərində günahkar sayılır. İstənilən halda Britaniyanın yeni Baş nazirinin siyasəti Liz Trass kimi xarici siyasətə deyil, daxilə, sosial-iqtisadi problemlərin həllinə yönələcək. Lakin xarici siyasət dəyişməz qalacaq. Və Sunakın seçki kampaniyası ritorikasına uyğun olaraq, o, Vaşinqtonla birgə hücumçu anti-Çin siyasəti yürütməyə daha çox meylli olacaq. Ancaq bunlar hələ də təxmini hesablamalardır. Gəlin partiyadaxili seçkilərin nəticələrinə və yeni Baş nazirin ilk addımlarını gözləmək lazımdır. Müəllif: İliya Kusa, beynəlxalq siyasi analitik Mənbə: UNİAN Tərcümə AYNA-ya məxsusdur Geri qayıt |