Əsas Səhifə > Dünya > İrandakı terror fars-molla rejiminə SƏRF EDİR
İrandakı terror fars-molla rejiminə SƏRF EDİR28-10-2022, 08:35 |
DİA.AZ: - "İranda Şahçıraq ziyarətgahında zəvvarların güllələnməsi ən çox rejimə sərf edir". DİA.AZ bildirir ki, bu açıqlama ilə politoloq Asif Nərimanlı çıxış edib. Politoloq öz fikrini aşağıdakı şəkildə qruplaşdırır: "İran hakimiyyəti belə bir qənaəti ictimailəşdirəcək: - Etirazçılar terrorçudur; - Onlar müqəddəs məkanlara hücum edir; - Hədəfdə inanclı kəsimdir; Rejim bundan istifadə edərək, etirazları silah gücünə yatırmaq addımını legitimləşdirir. Nəticə kimin əlini gücləndirir məntiqindən çıxış edəndə bu terror aktı suallar yaradır, xüsusilə molla rejiminə qarşı aksiyaların bu qədər geniş vüsət aldığı vaxt hücumun niyə ziyarətgahda zəvvarlara edildiyi fonunda. Etirazlar və etirazlara qarşı İran hakimiyyətinin siyasəti ölkə daxilində belə terror aktlarının olması gözləntisini artırırdı. İndi əsas məsələlərdən biri də İranın terrorçulara hara bağlayacağıdır: şahçılaramı, region ölkələrinəmi, “sionist” dediyi İsrailəmi?! Molla rejimi özünü qorumaq üçün bütün vasitələrdən istifadə edə bilər". Geri qayıt |