Əsas Səhifə > Dünya > ABŞ-ın İranla bağlı planı!
ABŞ-ın İranla bağlı planı!5-11-2022, 08:36 |
ABŞ Prezidenti Cozef Bayden İranda cərəyan edən proseslərə münasibət bildirib. Bayden deyib ki, tezliklə İrandakı qarışıqlıqlar sona çatacaq: "Narahat olmayın, biz İranı azad edəcəyik, onlar tezliklə azad olacaqlar". DİA.AZ bildirir ki, dövlət başçısının çıxışı zamanı nümayişçilər İrandakı etirazları dəstəkləyən plakatlarla küçələrə axışıblar. Bayden İrandakı vəziyyətlə bağlı görüləcək tədbirlər haqqında ətraflı məlumat verməyib. ABŞ-ın Milli Təhlükəsizlik Şurası da məsələyə aydınlıq gətirməyib. Ağ Ev rəhbərinin açıqlamasından qısa zaman sonra İran Prezidenti İbrahim Rəisi Co Baydenə cavab verib. Rəisi Baydenə İranın 43 il əvvəl "azad olduğunu" xatırladıb: "ABŞ Prezidenti Co Bayden İranı azad etməyə hazırlaşır, lakin İran artıq 43 il əvvəl azad olunub”. O qeyd edib ki, İran ABŞ-ın əsiri olmayacaq. Xatırladaq ki, bu ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Hazırda etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə bildirib ki, Prezident Co Bayden əslində ABŞ-da hazırlanmış İranla bağlı plandan xəbər verib. Professor vurğulayıb ki, 1997-ci ildə təsdiqlənmiş tədbirlər planına görə, 2025-ci ilədək İran parçalanmalıdır: "İranda 5 dövlətin yaradılması ilə bağlı layihə var. 5 dövlətdən biri də Cənubi Azərbaycandır. İran rejimi bu plandan xəbərdardır. Məhz ona görə də fars-molla rejimi daxildə və xaricdə yaşanan proseslərdən həddindən artıq narahatdırlar. Diqqəti bu məsələdən yayındırmaq üçün Azərbaycana "barmaq silkələyirlər". Super güc olan ABŞ-da meydan oxumağa gücləri və cəsarətləri çatmır. Tehran rejimi başa düşmür ki, Azərbaycana qarşı hansısa addımları bumeranq effekti verəcək. Azərbaycana hərbi təcavüzü İranın tarımar olması deməkdir. Çünki bir neçə yerdən İrana hücum ediləcək". C.Nuriyevin fikrincə, əslində molla rejiminin məqsədi bizi güneylilərlə üz-üzə qoymaq, hər hansı hərbi toqquşmada soydaşlarımızı qarşımıza sipər etməkdir: "Cənubi Azərbaycanda farslar yaşamır, Təbrizdən Zəncana qədər azərbaycanlılardır. Lakin güneyli soydaşlarımız ayaqdadır, rejimə qarşı etirazlarını bildirirlər, aksiyalara qoşulurlar. Həmçinin, İrandakı etniklər də rejimə qarşı çıxış edirlər. Yəni rejim çox gərgin və çıxılmaz durumdadır. Belə məqamda hansısa radikal qərar və addım birbaşa İranın əleyhinə yönələcək. Əmin olsunlar ki, dar gündə yanlarında ermənilər də olmayacaq. Hamıdan qabaq ermənilər farslara xəyanət edəcəklər. İran hansısa ölkə ilə savaşa başlamaq gücündə deyil, amma İrana qarşı hərbi əməliyyatlar başlaya bilər. İranda həqiqi islam yoxdur. Rejimin düşmənçiliyi ancaq öz müsəlman qardaşları ilədir və ermənilərlə, xristianlarla çox yaxşı dil tapırlar". Geri qayıt |