Əsas Səhifə > Dünya > İraq yenidən qan çanağına dönüb

İraq yenidən qan çanağına dönüb


5-01-2014, 12:26
İraq yenidən qan çanağına dönüb
İraqın baş naziri Nuri al-Maliki Anbar vilayətində «bütün terrorçu qrupların» kökünü kəsəcəyini vəd edir. İraqın təhlükəsizlik qüvvələri və sünni tayfa üzvləri mərkəzi Fallujah və Ramadi şəhərlərində Al-Qaeda yaraqlıları ilə savaşı davam etdirirlər. İraqiyah dövlət televiziyasına çıxan Maliki deyib ki, bütün terrorçu qrupları məhv edib Anbardakı xalqımızı xilas etməyənədək geri çəkilməyəcəklər.

ABŞ-ın Dövlət Katibi John Kerry deyib ki, Birləşmiş Ştatlar iraqlılara Al-Qaeda yaraqlılarına qarşı mübarizədə «kömək edəcək». Bazar günü Qüdsdə danışan Kerry Vaşinqtonun İraq əsgər göndərməyəcəyini də əlavə edib, əməliyyatları «öz savaşları» adlandırıb.

AzadlıqRadiosunun Azad İraq Radiosunun müxbiri Abdulkhaliq Muhammad hazırda Ramadi şəhərindədir. O, xəbər verir ki, yaxınlıqdakı Fallujah şəhərinin 60 faizi Al-Qaeda və hökumət əleyhinə olan qüvvələrin əlindədir.

Yaraqlıları məhv etmək üçün İraq ordusu şəhəri atəşə tutub, səkkiz nəfər ölüb, 30 nəfər yaralanıb.

Ramadidə isə cümə günü atışmalarında onlarla adam ölüb. Polis şəhərə nəzarəti gücləndirib.

Geri qayıt