Əsas Səhifə > Dünya > Kim Çen Inın xalası özünü öldürdü
Kim Çen Inın xalası özünü öldürdü6-01-2014, 12:01 |
Üç aydan çox müddətdir ictimaiyyət arasında görünməyən Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In xalasının özünü öldürdüyü iddia edilir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kim Qen Xini sonuncu dəfə ötən ilin sentyabr ayının 10-u KXDR-ın 65 illik yubileyinə həsr olunmuş konsert zamanı görüblər. Bundan sonra onun adı yalnız bir dəfə, həyat yoldaşı Kim Qen Xi Çan Son Txekanın edam edildiyi gün hallanıb. Bəzi mənbələrdə yazılanlara görə, Kim Gena Xinin özünü öldürdüyü və yaxud da həyat yoldaşı Çan Son Txeka edam edildikdən sonra ürək tutmasından vəfat etdiyi iddia edilir. Qeyd edək ki, Çan Son Txen çevrilişi ittihamı ilə dekabr ayında edam edilib. Geri qayıt |