Əsas Səhifə > Dünya > Rusiyanın batan layihəsi: “NATO-nun analoqu” iflas edir

Rusiyanın batan layihəsi: “NATO-nun analoqu” iflas edir


25-11-2022, 08:18
Rusiyanın batan layihəsi: “NATO-nun analoqu” iflas edir
Aleksandr Lukaşenko noyabrın 23-də bildirib ki, KTMT-nin taleyi Rusiyanın Ukraynadakı müharibəsinin nəticəsindən asılıdır. Müəyyən mənada haqlıdır. Ancaq əlavə etmək üçün daha bir şey var. KTMT əvvəlcə effektiv və nüfuzlu təşkilat deyildi. Rusiya onu postsovet məkanında “NATO-nun analoqu” edə bilmədi, çünki:

müvafiq və adekvat resurslar yoxdur;

bütün iştirakçı ölkələr üçün ümumi olacaq heç bir fikir formalaşdırılmadı;

Rusiya əslində başqalarının maraqlarını düşünməyərək, layihəni özü üçün yaratdı;

regional oyunçuların güclənməsi Rusiya Federasiyasının təsirini zəiflətdi və KTMT ölkələrinin xarici siyasətinin şaxələndirilməsini sürətləndirdi.

Ona görə də Ukraynada müharibə başlayana qədər KTMT xüsusi bir mahiyyət daşımırdı və Qazaxıstanda yanvar “PR kampaniyası” olmasaydı, daha tez ləğv olacaqdı.

Rusiya Federasiyası təşkilatın fəaliyyətini yalnız öz üzərinə bağladığından (onlar üçün ənənəvi üslubda), bu strukturun taleyi indi həqiqətən Rusiya Federasiyasının taleyindən və onun bölgədəki mövqelərindən asılıdır. Deməli, Lukaşenko cəsarətlə eyham vurdu ki, KTMT=Rusiya Federasiyası, Rusiya Federasiyası isə=KTMT və bütün digər iştirakçılar təşkilatın aqibətinin necə olacağı ilə maraqlanmırlar. Buradakı ölkələrin əksəriyyətinin başqa tərəfdaşlıqlara və digər layihələrə qoşulmaqda maraqlı olduğunu nəzərə alsaq, Belarus Prezidentinin dediklərində məntiq var.

Ermənistanın KTMT iclasında dünənki demarşı (orada Putinin şəxsən iştirak etdiyi, baxmayaraq ki, o, həmişə bunu etmir) təəccüblü olmamalıdır. Rusiya Federasiyasının Ukraynaya görə zəifləməsi, 2020-ci ildən sonra onun nüfuzdan düşməsi və Azərbaycanla Ermənistana qarşı situasiya oyunu kontekstində İrəvanın mövqeyi sərtləşir və Rusiyaya və onun işləməyən təhlükəsizlik zəmanətlərinə qarşı daha praqmatik olur.

Eyni zamanda, Qazaxıstan nümayəndəsinin KTMT-nin yeni baş katibi seçilməsi Rusiyanın digər iştirakçılara belə güzəştlər yolu ilə təşkilat üzərində nəzarəti saxlamaq cəhdidir ki, bu, Rusiyadan sonrakı dövrdə Rusiyanın təsirinin zəiflədiyini bir daha təsdiqləyir.

Müəllif: İliya Kusa - Yaxın Şərq üzrə ekspert
Mənbə: UNİAN
Qeyd: tərcümə AYNA-ya məxsusdur

Geri qayıt