Əsas Səhifə > Dünya > Ərdoğanın polis üzərinə yürüyüşü davam edir

Ərdoğanın polis üzərinə yürüyüşü davam edir


8-01-2014, 10:03
Ərdoğanın polis üzərinə yürüyüşü davam edir
Türkiyə hökuməti ölkənin polis təşkilatını nurçu və ya nurçulara yaxın olmasından şübhə duyulan polislərdən təmizləmək üçün ötən ilin 17 dekabrından sonra başladığı geniş miqyaslı tədbirləri davam etdirir.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ankara, İzmir, Antalya, Bursa, Adana, Kocaeli, Qaziantep, Hatay, Mersin, Trabzon, Samsun, Sakarya, Ərzurum, Malatya və Diyarbəkir əmniyyət müdirləri (polis rəsiləri) vəzifələrindən uzaqlaşdırıblar. Kırıkkale polis rəisi isə bu vəzifədən çıxarılaraq Ankaraya təyin olunub.

Xatırladaq ki, Ərdoğan hökuməti rüşvət və korrupsiya əməliyyatını nurçu polis və prokurorların hökuməti devirmək cəhdi kimi qiymətləndirir və hüquq-mühafizə sistemini nurçulardan və onlara yaxın şəxslərdən tamamilə təmizləyəcəyini bəyan edib.

Geri qayıt