Əsas Səhifə > Dünya > İran: Daxili qırğın və xaricdəki həyəcan

İran: Daxili qırğın və xaricdəki həyəcan


8-12-2022, 08:32
İran: Daxili qırğın və xaricdəki həyəcan
İranın daxilində etiraz səsləri ucaldıqca, teokkratik rejimin qüssələri dərinləşir.
Əli Xamenei Mədəni İnqilab Şurası ilə müzakirələr aparıb.
Ehtimal edilir ki, görüşdə əxlaq polisi və hicabla bağlı məsələlər müzakirə olunub.
Yəni Xameneini inandırmağa çalışırlar ki, sərt rejim yumşaldılmalıdır, bu da İran rəhbərliyi üçün çətindir. Həm də maliyyə itkisidir, çünki İran illərdir din mövzularını istismar edərək aristokrat təbəqənin, siyasi elitanın varlanması üçün əlindən gələni edib.
Daxildəki qarışıqlıqlara baxmayaraq İranın region üçün təhdid mənbələrini bol-bol qidalandırması beynəlxalq aləmdə İranın nüvə silahını əldə edə bilməsindən doğan qorxuları artırır.
Beynəlxalq Atom Enerjisi Agentliyi hesab edir ki, İran artıq bir neçə ay ərzində nüvə bombası istehsal etmək üçün kifayət edəcək zənginləşdirilmiş uranın qarışığına sahibdir.
Ən son məlumatlara əsasən, İran altı ay ərzində xam nüvə silahları yarada bilər.
Aqşin Kərimov - DİA.AZ

Geri qayıt