Əsas Səhifə > Dünya > NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş...

NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş...


8-12-2022, 08:52
NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş...
Türkiyə NATO-nun mühüm müttəfiqi, mühüm təhlükəsizlik sahəsi üzrə tərəfdaşıdır. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays müdafiə büdcəsinin yekun mətnindən Türkiyəyə F-16 qırıcılarının satışını məhdudlaşdıran maddələrin çıxarılmasını şərh edərkən bildirib.

"Biz müdafiə imkanlarımızı inteqrasiya etmək və Türkiyənin üzləşdiyi böyük təhlükələrlə mübarizə aparmaq üçün ona lazım olanı təmin etmək istəyirik. Heç bir NATO müttəfiqi öz ərazisində Türkiyə müttəfiqlərimiz qədər terror hücumlarına məruz qalmamışdır. Ona görə də təhlükəsizlik sahəsində əməkdaşlığımız bizim üçün böyük əhəmiyyət kəsb edir", - deyə N.Prays qeyd edib.

Diqqət yetirdinizsə, Türkiyəni onlar "MÜHÜM MÜTTƏFİQ", "MÜHÜM TƏRƏFDAŞ" deyərək vəsf edirlər... Halbuki Türkiyə NATO-nun üzvüdür və NATO üzvü olaraq Türkiyə avtomatik qaydada "MÜHÜM MÜTTƏFİQ" və "MÜHÜM TƏRƏFDAŞ" hesab olunmalı idi. Amma fakt budur ki, bu belə olmayıb və Türkiyə NATO üzvlüyünün faydasını heç bir zaman görməyib. SSRİ və Rusiya təhlükəsi qarşısında ara-sıra NATO üzvü olduğunu hiss edib və bu da daha çox Türkiyədə qoşun saxlayan, Türkiyə ərazisini kəşfiyyat yuvasına çevirən ABÇŞ-ın hərbi komandanlığına və NATO rəhbərliyinə sərf edib. Türkiyə bunun xeyrini yox, SSRİ və Rusiyanın 1-Cİ HƏDƏFİ olma kimi təhlükəsini və ziyanını görüb.
İndi isə Prays olduqca incə şəkildə açıqlayır ki, artıq Türkiyənin illərdir üzvü olduğu NATO-ya inteqrasiyası başlayıb. Əslində buna onların - ABŞ hərbi komandanlığı ilə NATO rəhbərliyinin bərk ehtiyacı var... Çünki yenə də Rusiya Qərb üçün təhlükəyə çevrilib...
Görək, Türkiyə bu isti ismarıcların suyunun hardan gəldiyini necə dəyərləndirəcək... Hər halda, Ərdoğanın bu mövzuda piyada olmadığını yaxşı bilirik. Yəni Praysın "yağlaması" effektiv deyil...

Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru

Geri qayıt