Əsas Səhifə > Dünya > Prezident adam öldürtdüyünü etiraf etdi

Prezident adam öldürtdüyünü etiraf etdi


15-01-2014, 11:18
Prezident adam öldürtdüyünü etiraf etdi
Belarus рrеzidenti Aleksandr Lukaşenko sensasiya yarada biləcək etiraf edib. Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, o öz etirafında cinayətkarları yerindəcə necə öldürmək barədə qərar verdiyini bəyan edib. Belarus prezidenti bu addımı 1990-cı illərdə öz ölkəsində cinayətkarlığıa qarşı mübarizənın kökünü kəsmək məqsədi ilə atdığını deyib.

“Belə ki, 90-cı illərdə kriminal durum ölkədə kritik vəziyyətdə idi. Əgər kimsə bizneslə məşğul olurdusa, və yaxud Almaniyadan bir maşın gətirirdisə, yük avtomobilində yük aparırdısa, onlar banditlərə xərac ödəmədən bunu edə bilməzdilər. Hətta Belarus vətəndaşı olmayanlar da banditlərə xərac ödəməli idilər. Əks təqdirdə onlar banditlərin hücumuna məruz qalırdılar.”
Cinayətkarlığın kökünü kəsmək üçün belə kəskin qərara gəlməsinin heç də asan olmadığını deyən, A.Lukaşenko bildirib ki, məcburiyyət qarşısında qalıb belə bir əmr verib:“ Məcburiyyət qarşısında əmr verdim ki, banditlər yerindəcə güllələnsin. Bu məqsədlə bir neçə qrup yaratdım və onlar ən yaxşı və dəbdə olan avtomobilləri götürüb yollarda cinayətkarlar üçün tələ qurdular. Onaların yolunu kəsən banditləri yerindəcə güllələdilər. Bu yolla üç belə cinayətkar dəstə məhv edildi. Ondan sonra, bugünədək ölkədə tam sakitlikdir”.
Belarus prezidenti onu da əlavə edib ki, bu ola bilsin həddində ziyadə sərt qərar idi :” Amma cinayətkarlara qarşı bu sərt addımı ona görə atdım ki, başqa mübarizə yolu tapmırdım”.

Geri qayıt