Əsas Səhifə > Dünya > Rusiyanın yalanları: "çirkli bomba"dan AES-lərdəki sursat anbarlarınadək
Rusiyanın yalanları: "çirkli bomba"dan AES-lərdəki sursat anbarlarınadək27-01-2023, 08:24 |
Rusiya Ukraynanı nüvə stansiyalarından sursat anbarı kimi istifadədə ittiham edib. Moskva mətbuatı Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti Sergey Narışkinin müvafiq bəyanatını yayıb. Xüsusilə, o bildirib ki, Ukrayna qatarla silah idxal edir və partnyorlar tərəfindən Ukraynaya verilən ağır silahları Rivne AES-in sənaye sahəsində saxlayır. Nəzərə almaq lazımdır ki, 2022-ci il sentyabrın əvvəlində Zaporojye AES-in 1 və 2-ci enerji bloklarının mühərrik otaqlarına hərbi texnikanı, döyüş sursatını gətirən, onu estakadaların altına və reaktor bölmələrinin yanına yerləşdirən Rusiya hərbçiləri idi. Hərbçilər sənaye meydançasında kazarmalar qurur və fövqəladə böhran mərkəzindən bomba sığınacağı kimi istifadə edərək, AES-in personalının oraya girişini əngəlləyir. Hərbi ağır texnikanın yerləşdirilməsi faktları MAQATE-nin hesabatında bütün bunları öz gözləri ilə görən baş direktor Rafael Qrossi tərəfindən şəxsən qeyd olunub. O, hesabatı sentyabrda BMT Təhlükəsizlik Şurasının iclasında təqdim edib. İndi isə Rusiya Ukraynanı AES-də silah saxlamaqda ittiham edir. Bu, rusların ilk yalanı deyil. Xatırladaq ki, hələ 2022-ci il mart ayının əvvəlində Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti iddia edirdi ki, “sonradan nüvə başlıqlarının dizaynında istifadə oluna biləcək nüvə partlayıcı qurğunun yaradılması üzərində iş bir neçə elmi sahədə aparılıb. Sahələrdə əsas rol Xarkov Fizika və Texnologiya İnstitutunun alimlərinə həvalə edilib və onlara Ukraynanın bütün elmi müəssisələrindən, o cümlədən Nüvə Təhlükəsizliyi Problemləri İnstitutundan kömək gəlib. Çernobıl atom elektrik stansiyası zonasında həm "çirkli bomba” istehsalı, həm də plutoniumun buraxılması ilə iş gedir. Çünki Çernobıl zonası üçün adiləşən artan radiasiya fonu bu cür işlərin aparılmasını gizlədir”. Bu iddia təbii ki, ağ yalan idi. 2022-ci ilin oktyabrında “həşərat və qazlarla mübarizə” fantaziyaları işə yaramayanda yenidən “çirkli bomba” haqqında saxtakarlıq peyda oldu. Ruslar iddia etdi ki, “çirkli bombaların istehsal edildiyi yerlərdən biri” Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutudur. Akademiya bəyanatlarla saxtakarlığa cavab verdi və Ukrayna bu müəssisələri yoxlamaq üçün MAQATE-nin mühafizə müfəttişlərini dəvət etdi. Yeri gəlmişkən, Ukrayna MEA-nın, eləcə də “VostGOK”un nüvə məsələləri ilə məşğul olan qurumları MAQATE-nin nüvə materialının və nüvə texnologiyalarının yayılmaması zəmanəti altındadır. Təkcə son iki il ərzində, o cümlədən hərbi vəziyyət dövrü ərzində MAQATE bu qurumlarda nüvə materialının inventarlarını və ondan istifadə üzrə fəaliyyətləri yoxlamaq, habelə Ukrayna ilə MAQATE arasında təminatlar haqqında Sazişin, bu Sazişə Əlavə Protokolun digər müddəalarına və tələblərinə əməl edir. Bu yoxlamalar bəyan olunmamış nüvə fəaliyyətinə dair heç bir sübut aşkar etməyib. Eləcə də "çirkli bomba" yaratmaq işi ilə bağlı fərziyyələrə səbəb ola biləcək iş yoxdur... Buna görə də, Rusiya Xarici Kəşfiyyat İdarəsi təlimata əsasən və Putinin sevimli ifadəsinə uyğun olaraq saxtakarlıqlar yaymağa davam edir. Faktiki olaraq, rus təbliğatçıları Ukraynanı özlərinin etdiklərinə görə ittiham edirlər. Eyni zamanda, qeyd etmək lazımdır ki, Ukraynanın atom elektrik stansiyalarından düzgün istifadə etməməsi ilə bağlı Rusiya yalanı Rafael Qrossinin və MAQATE ekspertlərinin Rivne AES, Cənub AES və Çernobıl AES-də daimi əsasda qalması ilə bağlı geniş yayılmış faktlardan sonra ortaya çıxıb. Aydındır ki, rusların yalan məlumatı daxili auditoriya üçün nəzərdə tutulub. Amma beynəlxalq aləmi də unutmurlar. “Həşəratlarla zəhər yayma, "çirkli bombalar" haqqında digər fantastik versiyalar və Zaporojye AES-in atəşə tutan Ukraynadır” yalanları ilə BMT Təhlükəsizlik Şurasının üzvlərini dinləmək məcburiyyətində qoyur. Çünki Rusiya daim öz tələblərinə uyğun olaraq iclaslar çağırır. Ümid edirəm ki, ukraynalı diplomatlar artıq Rusiyanın BMT Təhlükəsizlik Şurasından və MAQATE-nin rəhbər orqanlarından kənarlaşdırılması məsələsi üzərində fəal işləyirlər. Müəllif: Olqa Koşarna - Nüvə enerjisi və nüvə təhlükəsizliyi üzrə ekspert, Ukrayna Nüvə Cəmiyyətinin üzvü. Mənbə: UNİAN Qeyd: tərcümə AYNA-ya məxsusdur. Geri qayıt |