Əsas Səhifə > Dünya > “Ukraynaya 1 dollara zərbə dronu təklif olunur, lakin çatdırılması 10 milyon dollara başa gələcək”

“Ukraynaya 1 dollara zərbə dronu təklif olunur, lakin çatdırılması 10 milyon dollara başa gələcək”


1-02-2023, 07:59
“Ukraynaya 1 dollara zərbə dronu təklif olunur, lakin çatdırılması 10 milyon dollara başa gələcək”
Ukraynaya 1 dollara zərbə dronları təklif olunur, lakin çatdırılması üçün 10 milyon dollara başa gələcək.

DİA.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə “The Wall Street Journal” (“WSJ”) nəşri yazıb.

ABŞ-nin silah istehsalçısı “General Atomics” Ukrayna hökumətinə Rusiyanın mümkün hücumu öncəsi Kiyevə yardım etmək üçün cəmi bir dollara iki “Reaper MQ-9” dronu təklif edir.

Eyni zamanda, Ukrayna dronların hazırlanması və çatdırılması üçün təxminən 10 milyon dollar, eləcə də texniki xidmət üçün ildə təxminən 8 milyon dollar xərcləməli olacaq.

Qəzet qeyd edib ki, razılaşmanı təsdiq etməli olan Ağ ev, eləcə də Ukrayna rəhbərliyi şərh verməkdən imtina edib.

Konsernin sözçüsü Mark Brinkli bildirib ki, şirkət konkret sövdələşmələri şərh etmir, lakin Ukraynanın “Reaper” kimi avadanlıqlara ehtiyacı olduğu qənaətindədir.

“General Atomics” aylardır rəsmi Kiyevlə Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını müzakirə edir və onlara istənilən dəstəyi göstərməyə hazırdır”, - şirkətin sözçüsü bildirib.

“WSJ” xatırladır ki, son bir il ərzində Birləşmiş Ştatlar Ukraynaya 700-dən çox kiçik dron, o cümlədən “Switchblade” taktiki dronları təqdim edib, lakin “Reaper” daha geniş diapazona, sürətə və imkanlara malik daha mürəkkəb drondur.

“Reaper”in qanadları təxminən 20 metrdir, qurğu 24 saatdan çox uçuşda ola və silah daşıya bilir. “General Atomics” Ukraynaya köhnə model “MQ-9A Block 1” təklif edir. Belə bir dronun qiyməti bir neçə milyon dollardır.

Geri qayıt