Əsas Səhifə > Dünya > "İnsanlar sanksiyalardan yorulub, rejimdən bezib"

"İnsanlar sanksiyalardan yorulub, rejimdən bezib"


4-02-2023, 08:47
 "İnsanlar sanksiyalardan yorulub, rejimdən bezib"
Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov UNİAN-a müsahibəsində İranda baş verən son partlayışlardan, onların Rusiyaya silah tədarükünə təsir edib-etməməsindən danışıb. DİA.AZ müsahibəni AYNA-ya istinad və ixtisarla təqdim edir:

- Dünya mətbuatı İranın hərbi-sənaye obyektlərində silsilə partlayışların arxasında hansı ölkənin dayanması ilə bağlı bir-birinin ardınca versiyalar dərc edir. Sizin versiyanız nədir?

-İranın hərbi-sənaye obyektlərinə zərbə ilə bağlı əvvəllər xüsusi xidmət orqanlarında çalışmış istənilən şəxsin yalnız bir versiyası olacaq - İsrail.

- Bu versiyanı gücləndirən amillər nələrdir?

- İsraildə hökumət bu yaxınlarda dəyişdi, Netanyahu daha sərt Nazirlər Kabinetini formalaşdırmaqla hakimiyyət başına qayıtdı. Ənənəvi olaraq, vəzifənin icrasına başlayarkən İranı hələ də regionda ən böyük düşməni hesab etdiklərini göstərməlidirlər. Mənim üçün tamamilə aydındır ki, bu İsrailin əməliyyatı idi.

- ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Börns bu yaxınlarda Kiyevdə gizli səfərdə olub. İrana hücumla bu səfərdə bir bağ varmı?

-Əlbəttə ki, bağlılıq var. Bəzi məsələlər danışılıb. Hazırda Ukrayna qaynar nöqtədir. Börns və onun Mossaddakı həmkarları, əlbəttə ki, bu məsələni müzakirə ediblər. Axı Ukraynadakı vəziyyət dünya üçün nüvə müharibəsi təhlükəsi yaradır. Putin daim nüvə silahından istifadə edə biləcəyi ilə təhdid edir. Hər kəs anlayır ki, bu lokal münaqişə qlobal və ən ciddi münaqişəyə çevrilə bilər.

Ukrayna müharibəsi baş verənlərin bütöv çəkildə səbəbi deyil, lakin çox güman ki, bu hadisələrin tərkib hissəsidir. Məncə, İranda baş verən hər belə hadisə Ukraynanın xeyrinədir.

- Yayılan məlumata görə, İrana hücum çərçivəsində Rusiyanı təchiz edəın PUA istehsalı zavodu dağıdılıb. Əgər bu doğrudursa, bu, Rusiyaya silah tədarükünə və Ukrayna cəbhəsində baş verən hadisələrə necə təsir edəcək?

- Artıq Ukraynanın xeyrinə müsbət irəliləyişlər var. İran Prezidenti ilə Putin arasında sonuncu söhbətdən sonra İranın xarici işlər naziri açıq şəkildə bəyan etdi ki, İran Ukraynanın Rusiyanın işğal etdiyi ərazilərini Rusiya Federasiyasının tərkibində tanımır. Nəzərə almaq lazımdır ki, İranın artıq Rusiyanı az qala raketlə təmin edir və belə vəziyyətdə birdən bu cür bəyanatla çıxış edirlər.

İran Putini dəstəkləmədiyini göstərmək istəyir: "Biz sadəcə alverçiyik, silah satırıq, pilotsuz təyyarələrimizi almağa hazır alıcımız varsa, satırıq, pulumuzu alırıq. Nə nə dəstək, biz Rusiya ilə ortaq deyilik". Təxminə b unu demək istədi. Məsələ burasındadır ki, İranın Rusiya Federasiyası ilə tərəfdaşlıqda maraqlı olmasına baxmayaraq, kifayət qədər böyük regional maraqları və perspektivlər var. Ona görə də Tehran kifayət qədər qeyri-müəyyən mövqedədir.

Bu əməliyyat İsrailin İrana qarşı ilk əməliyyatı deyil. Bundan əvvəl İsrail Suriyada İranla əlaqəli olan və eyni dronları istehsal edən, saxlayan fabrik və anbarları bombalayıblar.

- Bu vəziyyət Ukrayna üçün zərərli ola bilərmi? İran indi özünü Putinin “qucağına atıb” Rusiyanın çoxdan yalvararaq istədiyi ballistik raketləri verə bilərmi?

- İsrailin addımları təbii ki, İran rejimini Putinin “qucağına” itələyə bilər. Amma bunun üçün indiki İran rejiminin də hakimiyyətdə qalması lazımdır.

- Ola bilərmi ki, biz indi İrandakı rejimin sonunun başlanğıcının şahidi oluruq? Üsyançılar fəallaşıb, küçədə etirazlar atışmalarla müşahidə edilir. Hazırda ölkədə konkret nə baş verdiyi məlum deyil...

- İran barıt çəlləyini xatırladır. Bir neçə ay əvvəl ciddi iğtişaşlar başladı. Görünür ki, dəyişikliklər olacaq. Ölkə insanları sanksiyalardan, rejimdən yorulub. İnsanlar İslam İnqilabı Keşikçilərindən (SEPAH) və onların qanunsuzluqlarından beziblər. Axı İranın tarixində azadlıq var. Xatırlamaq lazımdır ki, şah dövründə İran Orta və Yaxın Şərqin ən azad ölkələrindən biri idi. Bu baxımdan, təbii ki, İranda nəsə hazırlanır.

- İranda baş verdiyi iddia edilən zəlzələ inanılmaz bir təsadüf kimi görünür. Bunun bunkerdə partlayış ola biləcəyi barədə fikirlər var. Nəzərə almaq lazımdır ki, ballistik raketlərin saxlandığı anbar yerin altında yerləşir. Və biz bilirik ki, ABŞ və Çinin bunkerə girə bilən raketləri var. Ola bilərmi ki, bu, zəlzələ yox, İran ballistik raketlərinin güclü partlamasının yaratdığı silkələnmə idi?

- Bunu demək çox çətindir. Çünki böyük partlayış və zəlzələ təxminən eyni silkələnməni yaradır. Üstəlik, İran müntəzəm olaraq zəlzələlərin baş verdiyi ölkədir. Ona görə də bu, tamamilə normal hal kimi də qiymətləndirilə bilər.

Geri qayıt