Əsas Səhifə > Dünya > Ermənistanın XİN başçısı Almaniyaya gedir
Ermənistanın XİN başçısı Almaniyaya gedir6-02-2023, 09:58 |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 6-7-də Almaniyada işgüzar səfərdə olacaq. DİA.AZ “Report”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb. A.Mirzoyan səfər çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok, parlamentin təmsilçiləri və ekspertlərlə görüşəcək. Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, Ermənistan-Avropa İttifaqı əlaqələri, Cənubi Qafqazda vəziyyət, Azərbaycanın Laçın yolundakı şəraitlə bağlı məsələlərinin müzakirə olunacağı nəzərdə tutulub. Geri qayıt |