Əsas Səhifə > Dünya > Türkün dərdi erməninin sevincidir
Türkün dərdi erməninin sevincidir8-02-2023, 07:52 |
Fevralın 6-sı səhər saatlarında Türkiyənin cənub-şərqində, Qaziantep şəhəri yaxınlığında zəlzələ baş verib. Bunun ardınca Türkiyənin Kahramanmaraş bölgəsində ikinci zəlzələ baş verib. Yeraltı təkanlar Ankara və Türkiyənin digər şəhərlərində, eləcə də ətraf regionlarda - Kipr, Livan, İsrail, İran, İraq, Gürcüstan, Ermənistan və Suriyada hiss olunub. London Universitet Kollecinin seysmoloqu Stiven Hiks “Twitter” səhifəsində yazıb: “İnstrumental qeydlərin başlanmasından bəri (təxminən 1900-cü ildən) 7 və daha yuxarı maqnitudalı zəlzələlərin paylanmasına baxsanız, bugünkü hadisə bu regionda indiyə qədər qeydə alınan ən böyük zəlzələdir”. Bu material hazırlanarkən Türkiyədə zəlzələ qurbanlarının sayı 4 min nəfərə yaxınlaşırdı, qonşu Suriyada isə min nəfər civarında idi. Belə bir güclü təbii fəlakət dünya liderlərini dəstək və başsağlığı verməklə yanaşı, axtarış-xilasetmə qrupları və avadanlıqları fəlakət zonasına göndərməyə sövq etdi. Hətta, Türkiyənin qızğın rəqibi olan Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Paris Türkiyə və Suriyaya təcili yardım göstərməyə hazırdır: "Fikirlərimiz həlak olanların ailələri ilədir". Ermənistanın Baş naziri Nikol Paşinyan da eyni mövqedən çıxış edib: “Türkiyə və Suriyada çoxlu sayda insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbərindən kədərləndim. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan yardım göstərməyə hazırdır”. Lakin Baş nazirlərindən fərqli olaraq, sosial şəbəkələrin erməni seqmenti sözün əsl mənasında, Türkiyədə baş verən faciədən dolayı sevinc hissləri ilə dolub-daşır. Erməni istifadəçilər üçün Türkiyə xalqının iztirab və kədəri sonsuz sevinc vəsiləsinə çevrilib. Onlar Türkiyədə baş verən zəlzələlərlə bağlı hər xəbəri məmnuniyyətlə dilləndirir, yaxınlarını itirənlərin kədərini sevinclə dilə gətirirlər. Heç düşünmürlər ki, Ermənistan Türkiyə yaxınlığında yerləşir və həm də seysmik təhlükəli zonadadır. Onlar elementar insan mərhəmətini tamamilə kənara ataraq, eyni fəlakətin Ermənistanın özünə də gələ biləcəyini düşünməkdən belə, imtina edirlər. Biz hələ Türkiyədə on minlərlə erməninin yaşadığını demirik. Sözsüz ki, belə dağıdıcı zəlzələnin nəticələrini Türkiyədə yaşayan ermənilər də hiss ediblər. Amma sosial şəbəkələrin erməni istifadəçiləri Türkiyəyə zooloji nifrətləri ilə bu həqiqəti dərk etməyə imkan vermirlər. Onlar türk xalqının faciəsini it balası sümük yeyirmiş kimi ləzzət ilə dadır, mərhəmət əvəzinə Türkiyəyə lənətlər yağdırırlar. Türkiyənin bir neçə şəhərini yerlə-yeksan edən təbii fəlakəti “Allahın cəzası” adlandırırlar... Erməni istifadəçilərin şərhlərini oxuyanda istər-istəməz ağlına gəlir ki, onlar doğrudandamı xristianlığı - əsas sütunu mərhəmət və qonşuya sevgi olan dini dövlət səviyyəsində ilk qəbul etdiklərini bəyan etməyə cəsarət edən insanlardır? Sosial şəbəkələrin erməni seqmentində oxşar mənzərə 2021-ci ilin yayında Türkiyədə meşə yanğınları zamanı da müşahidə olunurdu. Erməni istifadəçiləri Türkiyənin başına gələn bəladan açıq nifrətlə zövq aldılar, unudurdular ki, Ermənistan da belə faciədən sığortalanmayıb. Bu nifrət axınlarını oxuyanda belə qənaətə gəlirsən ki, erməni istifadəçilərinin xoşbəxt olması üçün o qədər də çox şeyə ehtiyac yoxdur – yetər ki, türklərin başına faciələr gəlsin və o zaman bütün Ermənistan sevinc göz yaşlarına bürünəcək. İnsaf naminə qeyd etmək lazımdır ki, erməni istifadəçiləri arasında ağıllı düşünənlər və öz sürülərinin sevinməsinin absurdluğunu başa düşənlər də var. Belə ki, Arman Martirosyan adlı istifadəçi yazır: “Unutmaq olmaz ki, Türkiyədə çoxlu sayda erməni yaşayır və erməni xalqı dağıdıcı zəlzələnin nə olduğunu bilməlidir və bu səbəbdən də bu mövzuda sevinmək olmaz – hətta, söhbət düşmən dövlətlə olan münasibətdən gedirsə belə”. Amma təəssüf ki, Martirosyan kimi düşünənlər onların cəmiyyətində mütləq azlıqdadır, qalan erməni istifadəçiləri isə zəlzələlərin çoxsaylı qurbanlarına sevinməkdə davam edirlər. Burada məntiqli sual yaranır: ermənilərin özündə türklərə genetik xarakterli zooloji nifrət varsa, Türkiyə və Azərbaycan münasibətlərinin normallaşmasından danışmaq olarmı? Hətta adekvat Martirosyan belə, Türkiyəni “düşmən dövlət” hesab edirsə, onda bu sual ritorik suala çevrilir. Onlar özlərini xristian hesab etdikləri üçün “Bibliya” həqiqətini bilməlidirlər: insan nə əkirsə, onu da biçəcək. Tarixə baxsaq, "ən qədim" insanlar həmişə gec-tez əkdiklərini biçiblər. Və yenə də biçəcəklər... //ayna.az// Geri qayıt |