Əsas Səhifə > Dünya > İki fransalı yeniyetmə islamçılara qoşulmaq üçün Suriyaya gedib

İki fransalı yeniyetmə islamçılara qoşulmaq üçün Suriyaya gedib


18-01-2014, 13:37
İki fransalı yeniyetmə islamçılara qoşulmaq üçün Suriyaya gedib
İki 15 yaşlı Fransa vətəndaşı Suriya ordusuna qarşı vuruşan islamçılara qoşulmaq üçün ölkəni tərk edib.

SalamNews-un "yeap.com"a istinadla verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi yeniyetmələrdən birinin atası və tuluzalı ittihamçı Mişel Valetin məlumatını yayıb.

“Mən Parisin Terrorla Mübarizə İdarəsinə iki oğlanın Türkiyə vasitəsilə Suriyaya getməklə bağlı fikrini açıq şəkildə ifadə etdiyini bildirdim.”, - M.Valet belə deyib.

Fransalı rəsmilər millət nümayəndələrinin Suriyada döyüşə getmələri və onların bir gün Vətənə qayıdıb burada da hücum təşkil edəcəkləri ilə bağlı narahat olduqlarını bildiriblər.

Ölkənin cənub-qərbində yerləşən Tuluza şəhərindən olan oğlanlardan biri – Hakimin atasının BFM TV-yə verdiyi məlumata əsasən, onun oğlu yanvarın 6-da müqəddəs müharibəyə - cihada getdiyini yazdığı məktub qoyub. O, atasının kredit kartı ilə Türkiyəyə aldığı biletin nağd məbləğini də qoyub gedib. Adını vermək istəməyən ata, həmçinin deyib ki, oğlu üç gün əvvəl ailəsinə zəng edərək Suriyada təhlükədə olduğunu və bundan sonra bir ay müddətində zəng edə bilməyəcəyini söyləyib: “O, həmin gün zəng etməsəydi, biz onun öldüyünü güman edəcəkdik. Onun beyninə bu fikirləri internetdə salmışdılar.”

Qeyd edək ki, artıq üçüncü ildir, davam edən Suriya böhranı getdikcə daha çox avropalını buradakı üsyanlara qoşulmağa cəlb edir.

Fransa prezident Fransua Olland təxminən 700 fransalının döyüşmək üçün Suriyaya getdiyini bildirib.

Ötən ilin iyununda Suriyaya islamçı döyüşçü göndərməkdə şübhəli bilinən qrupun üç üzvü həbs edilib. Bu yaxınlarda isə münaqişənin ara vermədiyi bu Yaxın Şərq ölkəsində Tuluzadan olan iki qardaş öldürülüb.

Fransanın daxili işlər naziri Manuel Vols Suriyada 20 fransalı cihadçının öldürüldüyünü bəyan edib: “Bu fakt artıq mövzunun Fransa və bütün Avropa üçün əhəmiyyətinin artmasından xəbər verir.”

-

Geri qayıt